Əsgər heyəti ilə təlim məşqləri keçirilir
Bakı, 4 sentyabr, AZƏRTAC
Müdafiə Nazirliyinin illik planına əsasən, birləşmə və hərbi hissələrdə müxtəlif ixtisaslı əsgər heyəti ilə intensiv döyüş hazırlığı məşqləri davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ümumqoşun təlim mərkəzində keçirilən məşqlərdə hərbi qulluqçular çöl şəraitində ştat silahlardan müxtəlif tapşırıqları icra edirlər. Tank heyətləri isə zirehli texnikanın idarə olunması üzrə praktiki vərdişlərini təkmilləşdirir.