“Əsrin lideri” bilik yarışının qalibləri mükafatlandırılıb
Ağstafa, 6 aprel, Elcan Məmmədov, AZƏRTAC
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Ağstafa rayon Təhsil Sektorunun dəstəyi ilə "Heydər Əliyev İli" çərçivəsində ümumtəhsil müəssisələrinin şagirdləri arasında "Əsrin lideri" mövzusunda bilik yarışması keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bilik yarışmasında Ağstafa rayon ümumtəhsil məktəblərindən 10 komanda iştirak edib. Beş komanda fəallıq göstərərək II tura keçid qazanıb. İkinci turda isə Ağstafa rayon 1 nömrəli tam orta məktəbin "Zəfər" komandası I yerə, Həsənsu kənd tam orta məktəbin "Zirvə" komandası II yerə, Vurğun qəsəbə tam orta məktəbin "Lider" komandası III yerə layiq görülüb.
Qalib komandalar fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.