“Ferrari”nin baş mühəndisi komandadan ayrılıb
Bakı, 3 sentyabr, AZƏRTAC
“Ferrari”nin baş yarış mühəndisi Cok Klia komandadan ayrılıb. AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın “Corriere dello Sport” nəşri öz mənbələrinə istinadla məlumat yayıb.
“Ferrari” hələ ki, Klianın gedişini rəsmən elan etməyib. Buna görə də hələlik onun baş yarış mühəndisi kimi vəzifələrini kimin icra edəcəyi və 61 yaşlı britaniyalının gələcəkdə hansı işlə məşğul olacağı məlum deyil. Bununla belə, qəzet yazır ki, Klianın da cavabdeh olduğu “Ferrari”nin Yarış Akademiyasına artıq tamamilə Mark Jene baxacaq.
Cok Klia 2015-ci ildə “Ferrari”yə qoşulub. O, “Formula 1” karyerası ərzində “Benetton”, “Williams”, “Honda”, “Brawn GP” və “Mercedes” komandalarında çalışıb, bu müddətdə dünya çempionları Jak Vilnöv, Censon Batton, Mixael Şumaxer, Niko Rosberq və Lüis Hemiltonla əməkdaşlıq edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [20:14]
Millinin qapıçısı: Üç ildən sonra yenidən yığmada olmaq böyük sevincdir
- 04.06.2026 [18:14]
Azərbaycanı Avropa Açıq Turnirində 10 qadın cüdoçu təmsil edəcək
- 04.06.2026 [18:02]
Millinin voleybolçusu: İsveçlə oyunun çətin keçəcəyini gözləyirik
- 04.06.2026 [17:47]
Faiq Qarayev: Avropa Liqasında qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik
- 04.06.2026 [16:43]
“Sabah” Azərbaycan millisinin futbolçusu ilə müqaviləni yeniləyib
- 04.06.2026 [16:28]