Formula 1 yenidən Türkiyəyə qayıda bilər
Bakı, 28 iyul, AZƏRTAC
2011-ci ildən Formula 1 Qran-Prisinin təşkilinə həsrət qalan Türkiyə hökuməti mötəbər idman yarışının İstanbulda keçirilməsinə çalışır.
AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu problemin dövlət başçısı səviyyəsində həllinə cəhd göstərir. Hökumət rəsmiləri yarışların öncədən keçirildiyi İstanbul park trekinin rəhbərliyi ilə danışıqlar aparır.
Xatırladaq ki, Türkiyədə ilk Formula 1 Qran-Prisi 2005-ci ildə keçirilib. Həmin mövsümdə Kimi Raykkonen qələbə qazanıb. Daha sonra ardıcıl üç dəfə Felipe Massa qalib gəlib. 2009-cu, 2010-cu və 2011-ci illərdə müvafiq olaraq Censon Batton, Luis Hamilton və Sebastian Fettel azarkeşlərini sevindiriblər. Türkiyə Qran-Prisi 2011-ci ildən etibarən keçirilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.09.2026 [15:48]
Formula 1: Corc Rassell liderliyini qoruyur
- 24.09.2026 [17:21]
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir
- 21.09.2025 [20:46]
Bakıda Formula 1 həyəcanı – FOTOREPORTAJ
- 21.09.2025 [16:41]
Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub
- 21.09.2025 [08:00]