Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransanın növbəti riyakarlığı, rəzilliyi və ikiüzlülüyü

Fransanın növbəti riyakarlığı, rəzilliyi və ikiüzlülüyü

Bakı, 2 dekabr, AZƏRTAC

Otuzillik işğal dövründə etdikləri beynəlxalq hüquqazidd əməlləri, işğalçıya dəstəkləri ilə sonda hansı vəziyyətə yol açdıqlarının şahidləri olan bəzi dünya güclərinin bundan nəticə çıxarmaq əvəzinə hadisələrin mənfi istiqamətdə inkişafına səy göstərmələri birmənalı qarşılana bilməz. Artıq “dəfn edilmiş” keçmiş Minsk qrupunun həmsədrlərindən olan, ən əsası Ermənistan hərbi qüvvələrinin işğal etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının (TŞ) 4 qətnaməsinin hazırlanması və qəbulu prosesində iştirak edən, Şuranın 5 daimi üzvündən biri olan Fransanın Azərbaycana qarşı bir an belə səngiməyən qərəzli mövqeyi diqqətdən kənarda qalmır, müxtəlif sualların yaranmasına səbəb olur. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından bu günədək cərəyan edən proseslərin xronologiyasına diqqət yetirsək görərik ki, Fransa daim münasibətlərin normallaşdırılmasına mane olur, sülh müqaviləsinin imzalanmasına əngəl törətməyi fəaliyyətinin əsas prinsipi kimi öndə saxlayır. Dövlətlərarası münasibətlərdə etimad mühitinin əsas faktor olduğunu nəzərə alsaq Fransanın daim beynəlxalq hüquqazidd əməlləri ilə özünə qarşı inamsızlıq yaratdığını, bu müstəmləkəçi dövlətin erməni sevgisinin ölçüyəgəlməz dərəcədə böyük olduğunu açıq-aydın görərik. Bu, danılmaz faktdır ki, Fransa erməni diasporunun güclü olduğu ölkədir. Məhz bu ölkədəki erməni diasporunun səyləri nəticəsində Fransa Senatının mütəmadi olaraq qəbul etdiyi qərəzli qətnamələr hər zaman gündəmin əsas müzakirə mövzusudur. Fransa Prezidenti sülh müqaviləsinin imzalanması prosesinin yaxınlaşdırılması, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində keçirilən görüşlərdə bir tərəfdən özünü neytral vasitəçi kimi təqdim etməyə çalışır, digər tərəfdən isə Azərbaycanın əleyhinə təbliğat kampaniyasının önündə gedir. Fransa Senatının bu günlərdə Azərbaycanla bağlı qəbul etdiyi qətnamə də bu qərəzli və riyakar siyasətin tərkib hissələrindən biridir”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə sual edib ki, belə olan təqdirdə, bu güclərə inam mümkündürmü? Fransadan sülh müqaviləsinin imzalanması ilə bağlı Ermənistana, sadəcə, söz deməsini gözləməyə dəyərmi? Yaxud Cənubi Qafqaz regionunda sülhün, sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın bərpası Fransa üçün maraqlıdırmı? Bu ölkə rəhbərlərinin riyakar və ikiüzlü davranışları göstərir ki, əsla yox. Fransa Prezidenti Emmanuel Makron mütəmadi olaraq dövlətimizin başçısı İlham Əliyevə telefonla zəng edir, sülh müqaviləsinin imzalanması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində müzakirələr aparır, digər tərəfdən isə Ermənistana dəstək missiyasını yerinə yetirməklə danışıqlar prosesini pozmağa çalışır. Fransa Senatının 2022-ci il noyabrın 15-də məlum qətnaməni qəbul etməsinin ardınca bu ölkənin Milli Assambleyası da ötən ayın 30-da Azərbaycana qarşı qərəzli, beynəlxalq hüququn norma və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirən, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini hədəf alan məkrli, qeyri-obyektiv və ədalətsiz bir sənəd qəbul etdi. Fransa Senatı tərəfindən qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 2020-ci il 10 noyabr tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olunmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi" adlı qətnamə ilə eyni məqsədə xidmət edən Milli Assambleyanın 2022-ci il 30 noyabr tarixli qətnaməsi Azərbaycan dövlətinin sərt reaksiyasına səbəb oldu. Kiçik dövlətlərin yanında özünü beynəlxalq hüquqa hörmətlə yanaşan ölkə kimi təqdim etməyə çalışan Fransa bunun ikiüzlü siyasətinin “ayaq tütüb yeriməyəcəyi”nin fərqindədir. Belə ki, Fransanın qanunverici orqan - parlament səviyyəsində ortaya qoyduğu qərəzli mövqe müxtəlif fikirlərin yaranmasına səbəb olmaya bilməz.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Ermənistanın baş nazirinin Brüssel, Praqa və Soçi görüşlərində qəbul edilmiş birgə bəyanatlarda Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini rəsmən tanımasına baxmayaraq, Fransanın mövcud vəziyyəti dəstəkləmək əvəzinə, separatizmi dəstəkləməsi məqsədli şəkildə gərginlik yaratmaq cəhdidir. Ən dəhşətlisi odur ki, bütün bunlar dünya güclərinin gözləri qarşısında baş verir. “Hər addımında beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirən Fransa 30 ildə danışıqlar prosesinə qatılarkən hansı dəyərlərə söykənib? Fransa və Ermənistanı birləşdirən dəyərlər hər kəsə məlumdur. Onları bir araya gətirən dəyərlər işğalçılıq siyasətinə, terrora dəstəkdir. Azərbaycana qarşı sanksiyaların tətbiqi çağırışını edən Fransa Senatı ölkəsinin beynəlxalq hüquqazidd əməllərini dəyərləndirsə daha yaxşı olar. Qətnamənin ikrah hissi doğuran müddəalarından biri də layihə müəlliflərinin Fransa hökumətini Qarabağda erməni dini və mədəni mirasının qorunması üçün bütün vasitələrdən istifadə etməyə çağırışıdır. 30 il işğalda saxladıqları Azərbaycan ərazilərində bütün dini və mədəni mirasımızı tamamilə məhv edən erməni vandallarının gözündə tiri görməzdən gələrək tolerant və humanist azərbaycanlıların gözündə tük axtaran Fransa parlamentinin bu iddialarına vicdansızlıqdan başqa ad vermək mümkün deyil”, - deyə o qeyd edib.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycana qarşı qəbul olunan belə əsassız qətnamələr onların müəlliflərin savadsızlığını, dünya ölkələrinin tarixindən xəbərsizliklərini ortaya qoyur: “Ermənilərin 30 ildə işğal altında saxladıqları torpaqlarımızda törətdikləri vəhşiliklər hər kəsə məlumdur. Mənfur düşmən bu torpaqlarda 67 məscidin 63-nü tamamilə, 4-nü isə qismən dağıdaraq yararsız hala salıb. Ermənilər tarixi və dini abidələrimizi dağıtmaqla yanaşı, məscidlərimizdə donuz saxlamaqla, ümumilikdə İslam dünyasını təhqir ediblər. Dövlətimizin başçısı İlham Əliyevin xüsusi təşəbbüsü ilə işğaldan azad edilmiş ərazilərimizdə erməni vəhşilikləri dünya ictimaiyyətinə çatdırılır. Bu ərazilərimizə səfərlərin təşkili, tədbirlərin keçirilməsi təbliğat xarakteri daşıyır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bütün dünya görsün ki, Azərbaycan neçə illərdir necə vəhşi millətlə üz-üzə olub. Bu gün Fransa Senatının, eyni zamanda, Milli Assambleyanın qəbul etdikləri qətnamələr belə bir sualın yaranmasına səbəb olur ki, bəs Fransa hökuməti ermənilərin 30 il işğal altında saxladıqları torpaqlarımızda törətdikləri vəhşilikləri görmürdümü? Onda niyə belə mövqe nümayiş etdirmirdi?”.

Vüqar Rəhimzadə qeyd edib ki, istər Fransa Senatı, istərsə də Milli Assambleya baş verən hadisələrə obyektiv yanaşmırlar. Onlar işğalçını dəstəkləməklə həm ölkəmizə, həm də beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirirlər. Ən əsası, Fransa kimi gücün belə mövqe ortaya qoyması ikrah doğurur. Əgər bu gün dünya hüquq problemini yaşayırsa, ədalət deyilən məfhum unudulursa obyektiv qətnamənin qəbulundan danışmaq mümkünsüzdür. Bu baxımdan, Fransa Milli Assambleyasının qəbul etdiyi sənəd də digər qərəzli qətnamələr kimi Azərbaycan üçün heç nəyi ifadə etmir, adi kağız parçasıdır. Bu kağız parçalarının sayı artdıqca Fransaya etimad sıfıra yaxınlaşır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb