G7 ölkələri Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında birgə bəyannaməni razılaşdırıblar
Kiyev, 12 iyul, AZƏRTAC
“Böyük yeddilik” ölkələri Ukraynaya təhlükəsizlik və iqtisadiyyat sahəsində planlaşdırdıqları uzunmüddətli dəstəyin sabit edildiyi birgə bəyannaməni razılaşdırıblar.
Bu barədə AZƏRTAC Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermaka istinadla xəbər verir.
“Müdafiə sahəsində çox güclü razılaşmalarımız və G7 ölkələri tərəfindən razılaşdırılan Ukraynaya birgə dəstək haqqında bəyannaməmiz var. O, dövlətimiz üçün təhlükəsizlik təminatları ilə bağlı Ukrayna və ayrı-ayrı qarant ölkələr arasında təhlükəsizlik üzrə ikitərəfli razılaşmalar sisteminin qurulması yolunda mühüm addımdır”, - deyə o qeyd edib.
Andrey Yermakın sözlərinə görə, bəyannamə həm Ukraynanın ehtiyaclarını, həm də tərəfdaşların imkanlarını nəzərə alan birgə məhsuldur.
Bəyannamə çərçivə sənədidir. Növbəti addım isə Ukrayna və ayrı-ayrı qarant ölkələr arasında təhlükəsizlik üzrə çoxtərəfli qarşılıqlı fəaliyyət çərçivələri ilə birləşdirilən ikitərəfli razılaşmalar sisteminin qurulmasıdır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]
Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb
- 28.09.2026 [17:27]