GDU-da ustad dərsi: “Nizami Gəncəvi yaradıcılığında multikulturalizm”



Gəncə, 19 may, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetinin (GDU) Xarici dillər fakültəsində “Nizami Gəncəvi yaradıcılığında multikulturalizm” mövzusunda ustad dərsi təşkil olunub. Universitetin Nuru Paşa adına kitabxanasında keçirilən dərsdə professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ustad dərsində Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının professoru, filologiya elmləri doktoru Məsməxanım Qazıyeva dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığında multikultural dəyərlərin təcəssümündən ətraflı bəhs edib. Professor bildirib ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri multikultural mühit, çox mədəniyyətlilik elementləri və dəyərləri ilə zəngindir. Şairin poeziyasında humanizm, tolerantlıq, bərabərlik ideyaları xüsusi yer tutub.
Sonda tələbələr tərəfindən verilən suallar ətrafında müzakirələr aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2025 [13:54]
Türk Dil Qurumunun rəhbəri Dilçilik İnstitutunun qonağı olub
- 19.06.2025 [13:31]
ATMU 4 kateqoriya üzrə dünyanın yüksək reytinqli universitetləri arasında
- 19.06.2025 [11:09]
UNEC-in 95 illik yubileyi qeyd olunub
- 19.06.2025 [11:02]
Slovakiyanın nümayəndə heyəti Azərbaycan Universitetində olub
- 19.06.2025 [10:56]
İyunun 22-də dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
- 19.06.2025 [10:26]
BANM dünya reytinqində yer alıb
Kinomuzun korifey sənətkarı
- [10:38]
BANM dünya reytinqində yer alıb
- [10:26]
Xəzərdə zəlzələ baş verib
- [03:53]