Gecə saatlarında qazıntı işləri aparan şəxs 2000 manat məbləğində cərimələnib
Bakı, 19 iyul, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Göyçay rayonunun Qarabaqqal kəndi ərazisindəki dağlıq sahədə gecə saatlarında qazıntı işləri aparıldığı müəyyən edilib.
Xidmət rəsmisi Xaliq Mirzəyev AZƏRTAC-a bildirib ki, araşdırma zamanı 23-B-074 dövlət nömrə nişanlı ekskavator vasitəsilə qazıntı işləri aparılaraq qarışıq süxur daşındığı, eyni zamanda ərazidəki qaratikan kollarının kökündən çıxarıldığı məlum olub.
“Faktla bağlı qazıntı işi aparan Ədil Əzizov barəsində akt və protokol tərtib edilib. O, 2000 manat məbləğində cərimələnib”, - deyə xidmət rəsmisi bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]