Gəmiçilik referenduma hazırlaşır
Bakı, 6 sentyabr, AZƏRTAC
Sentyabrın 26-da ölkə Konstitusiyasına dəyişikliklər edilməsi məqsədilə keçiriləcək ümumxalq səsverməsi - referendumda dənizdə və ya xarici sularda xidməti vəzifələrini yerinə yetirən dənizçilər də öz səsvermə hüquqlarından istifadə edəcəklər.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dənizçilər mövcud qanunvericiliyə uyğun olaraq, gəmilərdə səs verəcəklər.
Belə ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevin əmri ilə gəmiçilikdə referendum komissiyası yaradılıb.
Komissiya Mərkəzi Seçki Komissiyasının ümumxalq səsverməsi ilə əlaqədar bütün qərarlarını vaxtında icra edib üzən heyətə çatdıracaq, referendum başa çatdıqdan sonra gəmilərdən daxil olan bülletenləri və radioqramları hesablayaraq yekun protokol tərtib edəcək və 29 nömrəli Dairə Seçki Komissiyasına çatdıracaq.
Bununla da gəmilərdə üzən Azərbaycan vətəndaşlarının səsvermə hüquqları təmin ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2026 [13:21]
Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?
- 30.06.2026 [14:00]
Milli Məclisin iclasında 14 məsələ üzrə qərarlar qəbul edilib YENİLƏNİB
- 16.06.2026 [17:26]
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
- 12.06.2026 [12:06]
Koordinasiya Şurası ölkə risk qiymətləndirilməsi hesabatını təsdiqləyib
- 11.06.2026 [17:07]
Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi
- 09.06.2026 [15:55]