Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır – MÜSAHİBƏ

“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır – MÜSAHİBƏ

Bakı, 10 aprel, AZƏRTAC

“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır.

AZƏRTAC “Gəncə KOB evi”nin direktoru Orxan Abbasov ilə müsahibəni təqdim edir.

- Sayca 5-ci KOB evinin Gəncə şəhərində fəaliyyətə başlaması region sahibkarları üçün hansı üstünlüklər yaradır?

- “Gəncə KOB evi”nin fəaliyyətə başlaması region sahibkarları üçün bir sıra mühüm üstünlüklər yaradır. İlk növbədə, burada 15 dövlət qurumu tərəfindən 80-dən çox xidmətin vahid məkanda təqdim olunması sahibkarların müxtəlif qurumlara ayrı-ayrılıqda müraciət etmədən bütün zəruri xidmətləri bir ünvanda əldə etməsinə imkan verir. Bu, sahibkarların dövlət qurumları ilə əlaqəsini asanlaşdırır, inzibati prosesləri sadələşdirir. Nəticədə biznes məsələləri ilə bağlı vaxt itkisi azalır, əməliyyat xərclərinə qənaət olunur. Eyni zamanda, KOB evində xidmətlərin şəffaf və operativ təşkili sahibkar məmnunluğunu artırır, xidmət keyfiyyətini ölçüləbilən edir. Bu imkanlar regionda biznes fəaliyyətinin genişlənməsinə, yeni təşəbbüslərin yaranmasına və sahibkarlıq mühitinin daha da güclənməsinə töhfə verir.

- Sahibkarlar “Gəncə KOB evi”ndə hansı xidmətlərdən yararlana bilər?

- Sahibkarlar biznesin qurulması və inkişafı üçün vacib olan bir çox xidmətlər üçün “Gəncə KOB evi”nə müraciət edə bilərlər. Bunlar biznesin qeydiyyatı, vergi, gömrük və ixrac məsələləri, lisenziya, mənşə sertifikatı, açıq məkanda reklam yerləşdirilməsi, nəqliyyat vasitələri üçün fərqlənmə nişanları və digər icazələrin alınması, strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədi, qida təhlükəsizliyi, baytarlıq və bitki mühafizəsi xidmətləri, ekoloji icazələr və təbii ehtiyatlardan istifadə, sosial müdafiə və məşğulluq məsələləri, kommunal xidmətlərə qoşulma və s. xidmətlərdir.

- KOB evində yalnız dövlət xidmətləri təqdim olunur?

- Xeyr. Burada dövlət xidmətləri ilə yanaşı, özəl təşkilatlar tərəfindən bank, sığorta, konsaltinq, lizinq, tərcümə kimi “B2B” xidmətlər də göstərilir. Burada, həmçinin bir bank filialı və poçt xidməti də mövcuddur. Ümumilikdə “Gəncə KOB evi”ndə 33 xidmət pəncərəsində sahibkarlara həm “G2B”, həm də “B2B” xidmətlər təqdim olunur. Gələcəkdə sahibkarların ehtiyacı olan digər xidmətlərin də KOB evinə cəlb olunması ilə xidmət pəncərələrinin sayı artırıla bilər.

- “Gəncə KOB evi”ndən yalnız Gəncə şəhərində fəaliyyət göstərən sahibkarlar istifadə edə bilər?

- Gəncə ilə yanaşı, ətraf şəhər və rayonların sahibkarları da “Gəncə KOB evi”ndə göstərilən xidmətlər üçün müraciət edə bilərlər. Bununla bağlı hər hansı məhdudiyyət yoxdur. Lakin dövlət qurumlarının regional strukturuna görə bəzi xidmətlər konkret olaraq müvafiq region üzrə göstərilə bilir. Bu hallar istisna olmaqla sahibkarlar yaşadıqları ərazidən asılı olmayaraq Bakı, Gəncə, Yevlax, Xaçmaz və Şuşa KOB evlərinə müraciət edə bilərlər.

- KOB evində əlavə hansı imkanlar yaradılıb?

- “Gəncə KOB evi”ndə KOB dostu ofisi də fəaliyyət göstərir. KOB İnkişaf Mərkəzi (KOBİM) isə yaxın zamanda fəaliyyət göstərəcək. Hazırda bu istiqamətdə müvafiq tədbirlər görülür. Gəncə KOBİM sahibkarlara biznes ideyalarının reallaşdırılması və inkişafı üçün təlimlər keçəcək, məsləhət xidməti göstərəcək, biznes planın hazırlanması və şəbəkələşmə imkanları təqdim edəcək. Bundan əlavə, sahibkarlarla görüşlərin və müxtəlif tədbirlərin keçirilməsi üçün KOB evində konfrans zalı, iş otaqları da mövcuddur.

- “Gəncə KOB evi” harada yerləşir və iş saatları necədir?

- “Gəncə KOB evi” Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 166 ünvanında yerləşir. KOB evi həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək sahibkarlara xidmət göstərir.

- Sahibkarlar “Gəncə KOB evi”nin xidmətlərindən istifadə etmək üçün əvvəlcədən qeydiyyatdan keçməlidirmi?

- Sahibkarlar “Gəncə KOB evi”nə əvvəlcədən qeydiyyatdan keçmədən birbaşa müraciət edə bilərlər. Xidmətlər növbəlilik prinsipi əsasında təqdim olunur və binaya gələn zaman girişdə növbə götürmək üçün qurğu yerləşdirilib. Hazırda sahibkarların “Gəncə KOB evi”nə gəlmədən onlayn növbə götürməsi üçün “KOB növbə” tətbiqi üzərində də iş aparılır.

- “Gəncə KOB evi”ndə göstərilən xidmətlər ödənişlidirmi?

- “Gəncə KOB evi”ndə sahibkarlara dövlət qurumları tərəfindən təqdim olunan xidmətlərin əksəriyyəti qanunvericiliyə uyğun olaraq ödənişsizdir. Lakin bəzi xidmətlər üzrə dövlət rüsumu və ya xidmət haqqı nəzərdə tutula bilər və bu ödənişlər müvafiq qaydalara əsasən həyata keçirilir. Ödənişləri etmək üçün KOB evində bank fəaliyyət göstərir.

- Sahibkarlar üçün maraqlı ola biləcəyini nəzərə alaraq bir qədər də KOB evi modeli barədə məlumat verməyinizi xahiş edirik.

- Kiçik və orta biznes evləri (KOB evləri) sahibkarlıq subyektlərinə dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərin vahid məkanda və əlaqələndirilmiş formada təqdim olunduğu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) struktur bölmələridir. Hazırda KOB evləri Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşa şəhərlərində fəaliyyət göstərir. Həmçinin Xudatda “Food City” Aqroparkında “Xaçmaz KOB evi”nin xidmət mərkəzi yerləşir. Ümumilikdə KOB evlərində sahibkarlara 35 dövlət qurumu tərəfindən 300-dən çox “G2B” və 13 özəl təşkilat tərəfindən 160 “B2B” xidmət göstərilir. 2026-cı ilin 1 yanvar tarixinə olan məlumata əsasən, KOB evlərində sahibkarlara dövlət və özəl qurumlar tərəfindən 1,5 milyona yaxın xidmət göstərilib. 2024-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən KOB evi modeli sahibkarlara xidmət sahəsində innovativ təşəbbüs kimi qiymətləndirilib və nümunəvi təcrübə kimi tətbiqi tövsiyə edilib. KOB evi modeli bir sıra ölkələrin diqqətindədir və bu modelin öyrənilməsi üçün KOBİA ilə əməkdaşlıq sənədləri imzalanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaşar Gülər: Bölgəmizdəki bütün vəziyyətləri nəzərə alaraq, “müharibəyə hazır ol” deməkdən başqa şansımız yoxdur

Narkoloji Mərkəzdə maarifləndirici tədbir: Dövlət Komissiyası və QHT-lər bir arada

“Neftçi” yoxlama oyunu keçirəcək

Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib

Zakir Həsənov: “Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək

Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub

Türkmən baxşılarının Türk dünyasının ortaq mədəni yaddaşında rolu

Azərbaycan voleybol millisi hazırlığını Qubada davam etdirir

Bill Qeyts süni intellektin zərərlərinin faydalarından çox olacağını bildirib

Azərbaycan və Rusiya Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramı imzalanıb

Uşaqların süni intellektlə emosional bağ qurması narahatlıq yaradır - Araşdırma

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım

Zaqatalada episentrdə 4 bal hiss edilən zəlzələ olub

Azərbaycan və Yunanıstan arasında Hökumətlərarası Komissiyanın VI iclası baş tutub

Ərtegin Salamzadə: 35 ildə Azərbaycanın irsinin dünya səviyyəsində tanıdılması mühüm nəticədir

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Mark Rutte: Hazırda NATO ölkələri üçün Rusiya tərəfindən heç bir təhlükə yoxdur

AQTA: Gəncədə orta məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir – YENİLƏNİB

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Xəzərdə güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edilib

Azərbaycan və Serbiya kombinəedilmiş buxar-qaz elektrik stansiyası inşa edəcək

“Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı dövlətçilik tarixinin öyrənilməsi baxımından önəmlidir

Yaxın Şərqdəki gərginlik fonunda qarğıdalı və soya qiymətləri kəskin artıb

Akademik: Azərbaycan milli irsinin mənimsənilməsi probleminin həlli istiqamətində birgə iş aparılmalıdır

Ekspert: Peşə seçimində mütəxəssis rəyi və əmək bazarının tələbləri nəzərə alınmalıdır

Daxili işlər naziri MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak edib

Süni intellekt və peyk məlumatları vasitəsilə Xəzər dənizinin monitorinqi təklif olunur

Mərkəzi Bank: “T-Kredit” və “Fintrend”in lisenziyası ləğv edilib

Müşfiq Cəfərov: “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı qiymətli mənbədir

İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib

Bərdədə şəhid polkovnik-leytenant Mehman Qənbərovun xatirəsi anılıb

Rusiya bir qrup macar diplomatı ölkədən çıxarır

Ronaldunun Portuqaliya millisindəki forma nömrəsi “Qalatasaray”ın futbolçusuna verilib

“Birliyin Gücü-2026”: Üç ölkənin müdafiə nazirləri silah və hərbi texnika sərgisinə baxıblar

Pekin Universitetində Azərbaycan dili dərsləri bərpa edilib

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Pərvin Kərimzadə: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı hər bir vətəndaş üçün yaddaş mənbəyidir

Fariz İsmayılzadə: Əmək bazarı üçün peşəkarların yetişdirilməsi vacib məsələlərdəndir

Müəllimlikdən turizm bələdçiliyinə, oradan magistraturaya - Dövlət Proqramı qalibinin hekayəsi

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir

Paytaxt üzrə 17 min 622 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

“James Webb” teleskopunun göndərdiyi fotoşəkillər “cırtdan” qalaktikalar haqqında daha geniş məlumat verir

ABF rəsmisi: “Neftçi” Avropa Kubokunun əsas mərhələsinə yüksəlməklə mühüm uğura imza atdı

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

Vüqar Kərimov: Hirkan meşələrinin qorunması bizim üçün həm beynəlxalq öhdəlik, həm də milli məsuliyyətdir

Sentyabrda “Brent” 14 faiz bahalaşaraq iyuldan bəri ən güclü aylıq artım tempi göstərib

Media Forumu: Sosial birlik və mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu PANEL İCLAS

Kubanıçbek Ömüralıyev: Zəngəzur dəhlizi Şərq və Avropa arasındakı marşrut üçün çox vacibdir

Aktotı Raimkulova: Mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması əsas istiqamətlərdəndir

Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq

Azərbaycan-Yunanıstan biznes forumu baş tutub

Azizbek Omarkulov: CAMCA regionda iqtisadi əlaqələri genişləndirməyə kömək edir

Baş katib: Türk dövlətləri arasında müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığı təşviq etmək məqsədimizdir

Akademik Teymur Kərimli: Nizami Gəncəvi dünya mədəniyyəti irsinin varislərindən biridir

Qazaxıstan və Çin Xəzər regionu ilə beynəlxalq yük axınlarının genişləndirilməsini nəzərdən keçirib

Dünya Kuboku: Azərbaycanın 6 üzgüçüsu finala yüksəlib, Fatimə Alkərəmova yeni rekord müəyyənləşdirib

Türkiyə-Azərbaycan qardaşlığı xalqlarımızın tarixi və mənəvi birliyinə əsaslanır - ŞƏRH

“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik xəttinin bir aydan az müddətdə istifadəyə verilməsi gözlənilir

Şahin Mustafayev: Azərbaycan irsinin UNESCO siyahılarına daxil edilməsi üçün böyük imkanlar var

Prak Taveak Amida: Etibarlı media müxtəlif fikirlərin ifadə olunması üçün məkan yaradır

Sabah yağış yağacaq, külək güclənəcək

Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb

Rumıniyada Aİ-nin quruda ən böyük Günəş elektrik stansiyası layihəsi reallaşdırılacaq

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər

Türk Tarix Qurumu Azərbaycan aliminin ikicildlik əsərini çap edib

Salkın Sarnogoyeva: Media cəmiyyəti birləşdirən və mədəniyyətlərarası dialoqa rəvac verən vasitədir VİDEO

Salkın Sarnogoyeva: Media cəmiyyəti birləşdirən və mədəniyyətlərarası dialoqa rəvac verən vasitədir VİDEO

Xəzər Boru Kəməri Konsorsiumunun Qara dənizdəki terminalından neft daşınması 4 milyon ton azalıb

ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır

Zaid Əl-Nəvayseh: “Deepfake” alətlərinin sürətlə inkişafı bu sahədə yeni çağırışlar meydana çıxarır

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Sofiyada nüvə energetikası, süni intellekt və kibertəhlükəsizliyə dair müzakirələr aparılır

Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub

Birləşmiş Ştatların neft ehtiyatları artır

Səadət Yusifova: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı beynəlxalq auditoriya üçün istinad mənbəyidir

Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir

Azərbaycan Basketbol Liqasında yeni maliyyələşdirmə modeli: Çempion 1,4 milyon manat mükafat qazanacaq

Hərbi ekspert: Azərbaycanın istehsal etdiyi silahlar bir çox ölkələrin ordularında uğurla istismar olunur

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır VİDEO

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır VİDEO

Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb

Azərbaycanın rəqəmsal sosial müdafiə ekosistemi IESE platformasında işıqlandırılıb

Tbilisidə regionda ictimai nəqliyyatın inkişafı və şəhər nəqliyyatının təşkili məsələləri müzakirə edilib

Kobuljon Əhmədov: Media müasir dünyada dialoqun daha da möhkəmləndirilməsində vacib amildir

“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq

BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub

Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur

Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb

Seymur Fətəliyev: Azərbaycan irsi haqqında nəşrlərin ispan dilində hazırlanması böyük əhəmiyyət daşıyır

Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır

Vaqif Sadıqov: Ayxan Abbasov tək bu günü düşünmür, həm də gələcəyin komandasını qurur

Baş katib: TDT-yə üzv dövlətlərin müdafiə sənayesi sahəsində əməkdaşlıq etməsi xüsusi əhəmiyyət daşıyır

Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq

Elman Abdullayev: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı bələdçi rolunu oynayır

Tbilisidə Orta Dəhlizlə bağlı müzakirələr aparılır

“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib

Azərbaycanın müharibədən sonra geosiyasət quruculuğu - TƏHLİL