Gömrük Komitəsində xarici ticarət iştirakçıları ilə görüş olub
Bakı, 12 iyul, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları ilə xarici ticarət iştirakçıları arasında “Gömrük anbarlarının işə salınması” mövzusunda görüş keçirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) təşkilatçılığı ilə keçirilən görüşdə komitə əməkdaşları gömrük anbarları mövzusunda təqdimatla çıxış ediblər. Xarici ticarət iştirakçılarına gömrük anbarlarının işləmə mexanizmi, gömrük anbarlarının təsis edilməsi qaydaları, anbarların tipləri və bu sahədə müvafiq qanunvericilik barədə məlumat verilib, mövzu ilə bağlı biznes nümayəndələrinin sualları ətraflı cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [20:14]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 28.09.2026 [19:24]
Qida ilə təmasda olan mütəxəssislərə qanunvericiliyin tələbləri izah edilib
- 28.09.2026 [18:30]
Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb
- 28.09.2026 [18:27]