“Google” ABŞ-dan İspaniya və Böyük Britaniyaya sualtı kabel çəkir
Bakı, 28 iyul, AZƏRTAC
“Google” kompaniyası okeanın dibi ilə ABŞ-dan İspaniya və Böyük Britaniyaya “Grace Hopper” sualtı optik lifli kabelin çəkilməsi işlərinə başladığını elan edib.
AZƏRTAC kompaniyanın iyulun 28-də dərc olunan press-relizinə istinadla xəbər verir ki, kompüter proqramlaşdırılması üzrə amerikalı alimin şərəfinə adlandırılan “Grace Hopper” internet kabeli ABŞ-la Böyük Britaniya və İspaniya arasında əlaqə yaradacaq və şəbəkənin davamlılığını təmin edəcək.
Korporasiyanın məlumatına görə, “Grace Hopper” “Google” tarixində ABŞ və İspaniyanı birləşdirəcək ilk internet kabeli olacaq. Bundan başqa, press-relizdə bu layihənin Böyük Britaniya istiqamətində kompaniyanın özəl sualtı kabel marşrutuna qoyduğu ilk sərmayə olduğu qeyd edilir.
CNBC telekompaniyası “Grace Hopper” optik lifli kabelinin uzunluğunun ABŞ-dan Böyük Britaniyaya 6 250 kilometr, ABŞ-dan İspaniyaya isə 6 300 kilometr olacağını bildirir. “Google”, həmçinin Portuqaliya ilə Cənubi Afrika Respublikasını və ABŞ-la Fransanı birləşdirən kabellərə də malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:51]
Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib
- 05.10.2026 [15:32]
Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur
- 05.10.2026 [15:16]
Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir
- 05.10.2026 [15:06]
Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb
- 05.10.2026 [14:33]
Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır
- 05.10.2026 [14:20]
Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır
- 05.10.2026 [14:16]