Goranboy, Bərdə və Şabran rayonlarında tullantıların qalaqlanması faktları müəyyənləşib
Bakı, 25 iyul, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Goranboy rayonunun Faxralı, Qurbanzadə kəndlərində, Bərdə rayonunun İkinci Hacallı kəndində və Şabran rayonunun Sumağa kəndi ərazisində tullantıların qalaqlanması faktları müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, faktlarla bağlı akt, protokol tərtib olunub, Faxralı bələdiyyəsinin sədri Sevda Vəliyeva, İkinci Hacallı bələdiyyəsinin sədri Hüseyin Əhmədov və Pirəbədil bələdiyyəsinin sədri Atabala Şeydayev barəsində qanunamüvafiq tədbirlər görülüb.
Ərazilər tullantılardan təmizlənib. Gələcəkdə belə hallara yol verilməməsi və ərazinin təmizliyinə mütəmadi nəzarət olunması məqsədilə bələdiyyə sədrlərinə məcburi göstəriş verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]