Azərbaycan Dövlət İnformasiya Agentliyi

Güclü iqtisadiyyatdan lider dövlətə: Azərbaycan seysmologiyası inkişaf mərhələsində

Bakı, 16 aprel (AZƏRTAC). Azərbaycan istər yerləşdiyi coğrafi məkana, istərsə də apardığı uğurlu daxili və xarici siyasət kursuna, eləcə də inkişaf edən iqtisadiyyatına görə regionun lider dövlətidir. Bu gün regionda baş verən proseslərdə Azərbaycanın tutduğu mövqe və iradəsi böyük əhəmiyyət daşıyır. Bu isə ölkəmizin perspektivləri ilə bağlı daha böyük ümidlər yaradır.

1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında qarant rolunu oynadı. Bir çox sahələr kimi, seysmologiya sahəsində də əldə olunmuş uğurlarda ümummilli liderimizin böyük əməyi və rolu əvəzsizdir. 2000-ci ilin noyabrında Bakıda baş verən zəlzələdən dərhal sonra ulu öndər respublikada seysmik xidmətin işinin modernləşməsi məqsədi ilə yeni cihazların alınması üçün göstəriş vermişdi. 2001-ci ildə ən müasir seysmik stansiyaların alınması uçun tender elan edildi və nəticədə ilkin olaraq, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) üçün ABŞ-ın “Kinemetriks” şirkətinin istehsalı olan telemetrik peyk rabitəsi ilə işləyən 14 dəst telemetrik seysmik stansiya alındı.

AZƏRTAC AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, geologiya-mineralogiya elmləri doktoru Qurban Yetirmişlinin sahənin inkişafından bəhs edən məqaləsini təqdim edir.

X X X

Azərbaycanda seysmologiyanın inkişafı Prezident İlham Əliyevin də diqqətindədir. Seysmoloji tədqiqatların daha yüksək səviyyədə aparılmasını təmin etmək üçün 2008-ci ildən başlayaraq dövlət başçısının tapşırığına əsasən hökumət tərəfindən maliyyə vəsaiti ayrılmış və Azərbaycanda telemetrik seysmik stansiyaların sayı 31-ə çatdırılmışdır. Bu stansiyaların 4-ü blokada şəraitində yaşayan Naxçıvan MR ərazisində yerləşir. Onların vasitəsi ilə mərkəzimiz tərəfindən ən kiçik təkanlar belə qeydə alınır. 2011-ci ildə əlavə 4 dəst telemetrik seysmik stansiya alınmışdır. Yaxın zamanlarda bu stansiyalar Yardımlı, Beyləqan, Ağdam və Füzuli rayonlarının ərazisində quraşdırılacaqdır. Bundan başqa, 25 GPS stansiyası alınmış və artıq bu stansiyaların ölkə ərazisində quraşdırılmasına başlanılmışdır. Cari ildə bir neçə geofiziki stansiyanın alınması da nəzərdə tutulur.

Onu da vurğulamaq lazımdır ki, seysmik stansiyalar şəbəkəsinin genişlənməsi Yer daxilində baş verən proseslərin öyrənilməsi keyfiyyətinin daha da yüksəlməsinə gətirib çıxarmışdır.

Bi il ilk dəfə olaraq Xəzər dənizinin Azərbaycan sektorunda 3 dənizdibi seysmik stansiya quraşdırılacaqdır ki, bu da dənizdə baş verən zəlzələlərin daha yaxşı öyrənilməsi imkanı yaranacaqdır. Xəzər hövzəsində zəlzələ ocaqları ilə bağlı ilk belə stansiyaların “Ümid”, “Şahdəniz” və “Azəri” yataqları ətrafında quraşdırılması planlaşdırılır. Dənizdibi seysmik stansiyaların quraşdırılması işlərinə yaxın vaxtlarda başlanması nəzərdə tutulur.

Gələcəkdə dənizdə quraşdırılacaq seysmik stansiyalar şəbəkəsinin genişləndirilməsi istisna deyildir. Bu telemetrik seysmik stansiyalar seysmik təkanları real vaxt çərçivəsində qeydə almağa, zəlzələ ocaqlarının parametrlərini dəqiq öyrənməyə, potensial gücünü müəyyən etməyə, neft-qaz kəşfiyyatı və qazma işləri aparılarkən ərazinin seysmikliyini müəyyən etməyə, platformaların, eləcə də neft qurğularının seysmikliyə davamlılığını təmin etməyə, respublika ərazisinin bu və ya digər bölgələrində seysmik vəziyyətin dəyişməsini operativ qiymətləndirməyə imkan verir. Seysmoloji tədqiqatlarla birlikdə AMEA RSXM-də güclü və hiss olunan zəlzələlərin qısamüddətli və uzunmüddətli proqnozu metodikasını hazırlamaq məqsədilə seysmogen zonalarda tədqiq olunan sahələrdə seysmoanomal effektlərin aşkarlanması və seymogen zonaların deformasiya - gərginlik vəziyyətinin qiymətləndirilməsi üzrə böyük kompleks geofiziki, geokimyəvi işlər aparılır. Kompleks seysmoproqnostik işlər özündə geomaqnit sahə gərginliyinin, yerin qravitasiya sahəsinin, hidro-qazo və radiogeokimyəvi tədqiqatların monitorinqlərini əhatə edir.

Seysmoloji Mərkəzdə seysmologiya ilə yanaşı, geokimyəvi, geofiziki tədqiqatlar da aparılır. Hazırda bu sahələrdə də işin keyfiyyətinin yüksəldilməsi üçün yeni müasir cihazların alınması və quraşdırılması prosesi gedir. 2012-ci ildən Azərbaycan ərazisində geofiziki tədqiqatları genişləndirmək məqsədi ilə yeni GPS stansiyaların quraşdırılmasına başlanılıbdır. Bu stansiyaların quraşdırılması Mərkəzimizdə zəlzələlərin kompleks tədqiqi üçün geniş imkanlar yaradacaq. Mərkəzimiz ölkəmizdə fəaliyyət göstərən bir sıra təşkilatlarla yaxından əməkdaşlıq edir. Bunların sırasında AMEA Geologiya İnstitutu ilə aparılan tədqiqatların xüsusi yeri vardır. Bundan başqa, əməkdaşlıq etdiyimiz təşkilatlar arasında AMEA Kibernetika İnstitutu, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər təşkilatların adını çəkmək olar.

AMEA RSXM ölkənin əsas seysmoloji təşkilatı olaraq postsovet, eləcə də, bir sıra Avropa ölkələri və Yaxın Şərq məkanında seysmoloji xidmətlər sırasında liderdir. Burada seysmik sahələrin statik dinamik-kinematik parametrlərinin öyrənilməsi, zəlzələ ocaqlarının mexanizminin təhlili, seysmotektonik elementlərin dəqiqləşdirilməsi, infrastruktur obyektlərində seysmik risk və aktivliyin qiymətləndirilməsi və digər sahələr üzrə elmi tədqiqat işləri inkişaf etdirilir.

2010-cu ildən başlayaraq planlı şəkildə, ilboyu seysmogeokimyəvi monitorinq məlumatlarının operativ, kompleks interpretasiyasının yeni texnologiyası yaradılmış və tətbiq edilmişdir. Seysmogeokimyəvi monitorinqin (gündə 142 parametr) faktiki materialının gündəlik işlənməsinin riyazi proqram təminatı yaradılmışdır. 2009-cu ilin ortalarından başlayaraq bütün proses avtomatlaşdırılmışdır.

Elmi tədqiqatların genişləndirilməsi üçün Mərkəzimiz Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun qrant layihələrində iştirak edir. Mərkəz 2010/2011-ci illərdə Fond tərəfindən keçirilən müsabiqədə 2 qrant layihəsinin qalibi olmuşdur.

AMEA RSXM-in yüksək ixtisaslı elmi-texniki heyətində çoxsaylı elmlər doktorları və elmlər namizədləri çalışırlar. Seysmoloji Mərkəzdə əldə edilən elmi nəticələr çoxsaylı beynəlxalq konfranslarda məruzə edilmiş, ölkədaxili və xarici mətbuatda geniş şərh olunmuşdur. Mərkəzin nailiyyətlərinin beynəlxalq səviyyədə qəbul edilməsinin nəticəsi olaraq, 2008-ci ildə təşkilat iki mühüm beynəlxalq seysmoloji quruma - İRİS (Amerika Birləşmiş Seysmoloji Tədqiqatlar İnstitutu) və ORFEUS (Avropa Seysmoloji Müşahidə və Tədqiqatlar Mərkəzi) həqiqi üzvü seçilmişdir. Təşkilat NATO-nun “Sülh naminə tərəfdaşlıq Proqramı” çərçivəsində layihələrdə iştirak edir.

AMEA RSXM-də aparılan kompleks tədqiqat işlərinin keyfiyyətinin artması xarici ölkələrdə fəaliyyət göstərən təşkilatlar tərəfindən də maraqla qarşılanır. Hazırda AMEA RSXM 15-dən çox ölkənin seysmoloji-geofiziki mərkəzləri ilə əməkdaşlıq edir. Onların arasında ABŞ, Yaponiya, Türkiyə, İspaniya, Bolqarıstan, Rusiya, Gürcüstan, Belarus, Özbəkistan və digər ölkələr var.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin uğurlarından biri də ABŞ-ın “Kinemetriks” şirkəti ilə əldə olunmuş razılaşmadır. Artıq bu şirkətin istehsal etdiyi telemetrik peyk rabitəsi ilə işləyən seysmik stansiyaların quraşdırılması prosesində azərbaycanlı mütəxəssislərin təcrübəsindən də istifadə edilir.

2012-ci il martın 12-19-da RSXM-in episentral şöbəsinin müdiri H.Tağıyev və zəlzələlərin tədqiqi bürosunun əməkdaşı V. Fərəcov Birləşmiş Ərəb Əmirliklərində səfərdə olmuşlar. Azərbaycanlı seysmoloqlar Əbu-Dabi şəhərində yeni telemetrik seysmik stansiyaların quraşdırılması prosesində iştirak etmiş, həmçinin avadanlığın iş prinsipi ilə bağlı yerli mütəxəssislər üçün təlim-treninqlər keçirmişlər.

Əvvəllər RSXM-in texniki baxımdan imkanları geniş olmadığından baş verən zəlzələlərlə bağlı ictimaiyyətin məlumatlandırılmasında da müəyyən ləngimələr baş verirdi. Artıq bu problemlər ortadan qalxıb və Mərkəzdə fəaliyyət göstərən telemetrik seysmik stansiyalar vasitəsi ilə ən xırda təkanları belə qeydə almaq mümkündür. Bu gün Mərkəzimiz tərəfindən qeydə alınan zəlzələlər barədə məlumatlar operativ şəkildə RSXM-in www.seismology.az rəsmi internet səhifəsində yerləşdirilərək ictimaiyyətin diqqətinə çatdırılır.

Bəzi hallarda bir ərazidə bir neçə dəfə zəif təkanlı zəlzələlərin baş verməsi əhali arasında narahatlıq doğursa da, bildirmək istərdik ki, bunun üçün ciddi əsas yoxdur. Çünki Azərbaycan seysmik baxımdan fəal ərazidə yerləşdiyindən vaxtaşırı ayrı-ayrı ərazilərdə xırda təkanların baş verməsi təbiidir. Digər tərəfdən isə, təkanların qeydiyyatının artması Mərkəzimizdə seysmik stansiyalar şəbəkəsinin genişlənməsi və yeni avadanlıqların həssaslığı ilə bağlıdır.

Mərkəzimiz tərəfindən il ərzində Azərbaycan ərazisində seysmologiya və zəlzələ proqnozu üzrə aparılan işlərin nəticələri “Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri kataloq”unda cəmlənir. Bu nəticələr seysmik stansiyalar şəbəkəsinin qeydə aldığı zəlzələlərin parametrlərindən, Şəki-Şamaxı və Abşeron proqnostik poliqonlarında və seysmik cəhətdən fəal digər bölgələrdə geofiziki və geokimyəvi stansiyalar şəbəkəsi ilə müşahidə edilən geofiziki və geokimyəvi sahələrin zaman-məkan variasiyaları haqqında olan məlumatlardan ibarətdir. Kataloq elm və istehsalat təşkilatlarında seysmologiya, zəlzələlərin proqnozu, seysmik rayonlaşdırma və seysmikdayanıqlı tikinti məsələləri ilə məşğul olan seysmoloq, geofizik və geokimyaçı mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

Kataloqda seysmologiya sahəsi ilə məşğul olan yerli və xarici alimlərin elmi-məqalələri dərc edilir. Qeyd edək ki, “Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri kataloqu” özünün ayrıca internet səhifəsi olan sayca çox az elmi jurnallardan biridir. Kataloqda yerləşdirilmiş məqalələrlə www.seismology.az/journal internet səhifəsində tanış olmaq mümkündür.

Mərkəzimizdə çalışan alimlərimizin elmi məqalələri bir sıra xarici ölkələrin elmi jurnal və bülletenlərinə də daxil edilmişdir.

Mərkəzimiz tərəfindən ilk dəfə olaraq Azərbaycan ərazisində 427-ci ildən 2010-cu ilə qədər baş vermiş güclü zəlzələlərin xəritəsi hazırlanmışdır.

Azərbaycan seysmoloqlarının əldə etdiyi uğurlar başqa ölkələrdə də maraq doğurur. 2011-ci ildə Yaponiyanın Şineyei Kaisa və Oyo İnternational sirkətlərinin seysmoloq alimləri Azərbaycana səfər edərkən RSXM-də əldə olunan nəticələri yüksək qiymətləndirmişlər. Tərəflər arasında seysmoloji tədqiqatlar və texniki əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsinin genişləndirilməsi, xüsusilə də Yaponiya ilə birgə Bakı şəhərinin seysmik mikrorayonlaşdırma işlərinin aparılması planlaşdırılmışdır.

Bu yaxınlarda AMEA RSXM-la geniş texniki imkanlarını və apardıqları tədqiqat işlərinin aktuallığını və yüksək səviyyədə olmasını nəzərə alaraq birgə əməkdaşlıq məqsədi ilə ABŞ-ın Miçiqan Universitetinin professoru Kevin Makkey, Missuri Universitetinin professoru Erik Sondvol, Arizona Universitetinin nümayəndəsi Con Nabelek, ABŞ Yer Təhlükəsizliyi Tədqiqat Mərkəzinin direktor müavini Elen Vergino və Gürcüstan Yer Elmləri İnstitutunun direktor müavini Tea Godoladze Azərbaycanda səfərdə olmuşlar. Səfər çərçivəsində “Azərbaycan ərazisində seysmik tomoqrafiyanın aparılması və seysmogen zonaların dərinlik quruluşunun öyrənilməsi” layihəsi müzakirə edilmişdir. Azərbaycan, Gürcüstan və ABŞ-dan olan seysmoloq alimlərin iştirakı ilə layihənin icrasına bu ilin sonları, gələn ilin əvvəllərindən başlanılması nəzərdə tutulmuşdur.

Mərkəzimiz tərəfindən 2012-ci il oktyabrın 7-12-də 1902-ci ildə baş verən Şamaxı zəlzələsinin və Azərbaycanda seysmoloji tədqiqatlara başlanılmasının 110 illiyinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi planlaşdırılır. Həmin konfransa çoxsaylı yerli və xarici ölkə seysmoloqları dəvət olunacaqlar.

Bu gün Azərbaycan seysmoloqları respublikada seysmologiyanın inkişafı, seysmik stansiyaların dünya standartları səviyyəsinə çatdırılması istiqamətində islahatları uğurla davam etdirirlər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaşar Gülər: Bölgəmizdəki bütün vəziyyətləri nəzərə alaraq, “müharibəyə hazır ol” deməkdən başqa şansımız yoxdur

Narkoloji Mərkəzdə maarifləndirici tədbir: Dövlət Komissiyası və QHT-lər bir arada

“Neftçi” yoxlama oyunu keçirəcək

Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib

Zakir Həsənov: “Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək

Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub

Türkmən baxşılarının Türk dünyasının ortaq mədəni yaddaşında rolu

Azərbaycan voleybol millisi hazırlığını Qubada davam etdirir

Bill Qeyts süni intellektin zərərlərinin faydalarından çox olacağını bildirib

Azərbaycan və Rusiya Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramı imzalanıb

Uşaqların süni intellektlə emosional bağ qurması narahatlıq yaradır - Araşdırma

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım

Zaqatalada episentrdə 4 bal hiss edilən zəlzələ olub

Azərbaycan və Yunanıstan arasında Hökumətlərarası Komissiyanın VI iclası baş tutub

Ərtegin Salamzadə: 35 ildə Azərbaycanın irsinin dünya səviyyəsində tanıdılması mühüm nəticədir

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Mark Rutte: Hazırda NATO ölkələri üçün Rusiya tərəfindən heç bir təhlükə yoxdur

AQTA: Gəncədə orta məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir – YENİLƏNİB

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Xəzərdə güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edilib

Azərbaycan və Serbiya kombinəedilmiş buxar-qaz elektrik stansiyası inşa edəcək

“Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı dövlətçilik tarixinin öyrənilməsi baxımından önəmlidir

Yaxın Şərqdəki gərginlik fonunda qarğıdalı və soya qiymətləri kəskin artıb

Akademik: Azərbaycan milli irsinin mənimsənilməsi probleminin həlli istiqamətində birgə iş aparılmalıdır

Ekspert: Peşə seçimində mütəxəssis rəyi və əmək bazarının tələbləri nəzərə alınmalıdır

Daxili işlər naziri MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak edib

Süni intellekt və peyk məlumatları vasitəsilə Xəzər dənizinin monitorinqi təklif olunur

Mərkəzi Bank: “T-Kredit” və “Fintrend”in lisenziyası ləğv edilib

Müşfiq Cəfərov: “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı qiymətli mənbədir

İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib

Bərdədə şəhid polkovnik-leytenant Mehman Qənbərovun xatirəsi anılıb

Rusiya bir qrup macar diplomatı ölkədən çıxarır

Ronaldunun Portuqaliya millisindəki forma nömrəsi “Qalatasaray”ın futbolçusuna verilib

“Birliyin Gücü-2026”: Üç ölkənin müdafiə nazirləri silah və hərbi texnika sərgisinə baxıblar

Pekin Universitetində Azərbaycan dili dərsləri bərpa edilib

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Pərvin Kərimzadə: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı hər bir vətəndaş üçün yaddaş mənbəyidir

Fariz İsmayılzadə: Əmək bazarı üçün peşəkarların yetişdirilməsi vacib məsələlərdəndir

Müəllimlikdən turizm bələdçiliyinə, oradan magistraturaya - Dövlət Proqramı qalibinin hekayəsi

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir

Paytaxt üzrə 17 min 622 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

“James Webb” teleskopunun göndərdiyi fotoşəkillər “cırtdan” qalaktikalar haqqında daha geniş məlumat verir

ABF rəsmisi: “Neftçi” Avropa Kubokunun əsas mərhələsinə yüksəlməklə mühüm uğura imza atdı

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

Vüqar Kərimov: Hirkan meşələrinin qorunması bizim üçün həm beynəlxalq öhdəlik, həm də milli məsuliyyətdir

Sentyabrda “Brent” 14 faiz bahalaşaraq iyuldan bəri ən güclü aylıq artım tempi göstərib

Media Forumu: Sosial birlik və mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu PANEL İCLAS

Kubanıçbek Ömüralıyev: Zəngəzur dəhlizi Şərq və Avropa arasındakı marşrut üçün çox vacibdir

Aktotı Raimkulova: Mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması əsas istiqamətlərdəndir

Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq

Azərbaycan-Yunanıstan biznes forumu baş tutub

Azizbek Omarkulov: CAMCA regionda iqtisadi əlaqələri genişləndirməyə kömək edir

Baş katib: Türk dövlətləri arasında müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığı təşviq etmək məqsədimizdir

Akademik Teymur Kərimli: Nizami Gəncəvi dünya mədəniyyəti irsinin varislərindən biridir

Qazaxıstan və Çin Xəzər regionu ilə beynəlxalq yük axınlarının genişləndirilməsini nəzərdən keçirib

Dünya Kuboku: Azərbaycanın 6 üzgüçüsu finala yüksəlib, Fatimə Alkərəmova yeni rekord müəyyənləşdirib

Türkiyə-Azərbaycan qardaşlığı xalqlarımızın tarixi və mənəvi birliyinə əsaslanır - ŞƏRH

“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik xəttinin bir aydan az müddətdə istifadəyə verilməsi gözlənilir

Şahin Mustafayev: Azərbaycan irsinin UNESCO siyahılarına daxil edilməsi üçün böyük imkanlar var

Prak Taveak Amida: Etibarlı media müxtəlif fikirlərin ifadə olunması üçün məkan yaradır

Sabah yağış yağacaq, külək güclənəcək

Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb

Rumıniyada Aİ-nin quruda ən böyük Günəş elektrik stansiyası layihəsi reallaşdırılacaq

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər

Türk Tarix Qurumu Azərbaycan aliminin ikicildlik əsərini çap edib

Salkın Sarnogoyeva: Media cəmiyyəti birləşdirən və mədəniyyətlərarası dialoqa rəvac verən vasitədir VİDEO

Salkın Sarnogoyeva: Media cəmiyyəti birləşdirən və mədəniyyətlərarası dialoqa rəvac verən vasitədir VİDEO

Xəzər Boru Kəməri Konsorsiumunun Qara dənizdəki terminalından neft daşınması 4 milyon ton azalıb

ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır

Zaid Əl-Nəvayseh: “Deepfake” alətlərinin sürətlə inkişafı bu sahədə yeni çağırışlar meydana çıxarır

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Sofiyada nüvə energetikası, süni intellekt və kibertəhlükəsizliyə dair müzakirələr aparılır

Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub

Birləşmiş Ştatların neft ehtiyatları artır

Səadət Yusifova: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı beynəlxalq auditoriya üçün istinad mənbəyidir

Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir

Azərbaycan Basketbol Liqasında yeni maliyyələşdirmə modeli: Çempion 1,4 milyon manat mükafat qazanacaq

Hərbi ekspert: Azərbaycanın istehsal etdiyi silahlar bir çox ölkələrin ordularında uğurla istismar olunur

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır VİDEO

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır VİDEO

Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb

Azərbaycanın rəqəmsal sosial müdafiə ekosistemi IESE platformasında işıqlandırılıb

Tbilisidə regionda ictimai nəqliyyatın inkişafı və şəhər nəqliyyatının təşkili məsələləri müzakirə edilib

Kobuljon Əhmədov: Media müasir dünyada dialoqun daha da möhkəmləndirilməsində vacib amildir

“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq

BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub

Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur

Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb

Seymur Fətəliyev: Azərbaycan irsi haqqında nəşrlərin ispan dilində hazırlanması böyük əhəmiyyət daşıyır

Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır

Vaqif Sadıqov: Ayxan Abbasov tək bu günü düşünmür, həm də gələcəyin komandasını qurur

Baş katib: TDT-yə üzv dövlətlərin müdafiə sənayesi sahəsində əməkdaşlıq etməsi xüsusi əhəmiyyət daşıyır

Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq

Elman Abdullayev: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı bələdçi rolunu oynayır

Tbilisidə Orta Dəhlizlə bağlı müzakirələr aparılır

“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib

Azərbaycanın müharibədən sonra geosiyasət quruculuğu - TƏHLİL