Hərbi qulluqçular uşaq evini ziyarət ediblər
Bakı, 24 aprel, AZƏRTAC
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə bir qrup hərbi qulluqçu Ramazan bayramı münasibətilə Şəki şəhər qarışıq tipli uşaq evini ziyarət edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, ziyarət çərçivəsində Vətən qoruyucuları xüsusi qayğıya ehtiyacı olan, eləcə də valideyn himayəsindən məhrum uşaqların problemləri ilə maraqlanıb, onlara bayram sovqatları təqdim ediblər.
Həmçinin hərbi qulluqçular tərəfindən qurbanlar kəsilib, ad günü olan uşaqlara müxtəlif hədiyyələr təqdim olunub və doğum günü tortu hədiyyə edilib.
Şəki şəhər qarışıq tipli uşaq evinin nümayəndələri bu cür tədbirlərin keçirilməsində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.
Qonaqlar Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan uşaq evinə Müdafiə Nazirliyi adından Ulu Öndərin portretinin əks olunduğu xalça hədiyyə ediblər.
Sonda uşaq evinin sakinləri ilə xatirə şəkilləri çəkdirilib, tədbir əyləncəli proqramla başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]
Üç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yerinə yetiriblər
- 25.09.2026 [17:30]