Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.khojalytoday.com akademik resurs bazasının təqdimatı olub

Bakı, 26 fevral, AZƏRTAC

Fevralın 26-da Bakı Kitab Mərkəzində “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.khojalytoday.com akademik resurs bazası təqdim edilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı bildirib ki, Xocalı soyqırımı özlüyündə daha qlobal və bəşəri hadisədir: “Şanlı Azərbaycan Ordusu və xalqı Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə 44 gün davam edən Vətən müharibəsi dövründə Qarabağ münaqişəsini həll edərək tarixə qovuşdursa da, Xocalıya ədalət savaşı hələ də davam edir. Düşünürük ki, bu proses ədalət öz yerini tapana və Xocalı cinayətkarları hüquqi cəzalarının alana qədər davam etdirilməli, Xocalıda mülki əhaliyə qarşı törədilmiş cinayətə hüquqi qiymət verilməli, cinayətkarlar məsuliyyətə cəlb olunmalı, bəşəriyyət tərəfindən lənətlənən cinayətlər sırasına Xocalı soyqırımı da əlavə edilməli və gələcək nəsillərə çatdırılmalıdır”.

Bu istiqamətdə erməni vandalizminin bariz nümunəsi olan Xocalı soyqırımının dünya ictimaiyyətinə və gələcək nəsillərə çatdırılması üçün Heydər Əliyev Fondunun dəstəyi ilə dövlət sənədlərinə, beynəlxalq və yerli müəlliflərə, soyqırımı dövründə beynəlxalq mediada yer alan xəbərlərə, Xocalı qurbanlarının şahidlərinin ifadələrinə və nəhayət, soyqırımında rol oynayan erməni vandallarının öz çıxış və etiraflarına istinad edərək “Khojaly Today” akademik resurs bazasının yaradılmasının təqdirəlayiq hadisə adlandıran G.Anarqızı deyib: “Qloballaşan dünyada əsas istinad edilən mənbələrin internet məlumat bazalarının olduğunu nəzərə alaraq “Khojaly Today” akademik resurs bazasının yaradılmasının, bu günə qədər Xocalı soyqırımı ilə bağlı faktların, fotoların, videoların, məqalə və kitabların orada yerləşdirilməsi, dünyanın bütün kitabxanalarında və kitab evlərində akademik mənbə kimi təqdim edilməsi və qeydiyyatdan keçirilməsi Xocalıya ədalət savaşının hüquqi qiymət alması istiqamətində mühüm rol oynayacağına və beynəlxalq ictimaiyyətin Xocalı soyqırımı istiqamətində hər hansı resurs arayışı fonunda önəmli yer tutacağına inanırıq”.

Sonra Berlin Humboldt Universitetin doktorantı, saytın qurucu komandasının koordinatoru Şamxal Əbilov www.khojalytoday.com akademik resurs bazası haqqında məlumat verib. Bildirib ki, Xocalı soyqırımı barədə həqiqətlərin dünyaya çatdırılması məqsədilə yaradılan resurs bazasında Xocalı faciəsinə aid rəsmi sənədlər, beynəlxalq və yerli müəlliflərin akademik yazıları, bu barədə beynəlxalq mediada yayımlanan materiallar, soyqırımı şahidlərinin ifadələri toplanıb. Elektron baza tədqiqatçılar, tələbələr və Xocalı haqqında məlumat əldə etmək istəyən müxtəlif şəxslər üçün ümumiləşdirilmiş mənbə rolunu oynayır.

“Xocalı xarici mediada” bölümündə soyqırımın baş verdiyi dövrdə xarici jurnalistlər tərəfindən qələmə alınan və dünyanın bir çox aparıcı media səhifələrində nəşr edilən xəbərlər yer alıb.

“Resurs” bölməsində videoçarxlar və sənədli filmlərlə yanaşı, Xocalı soyqırımını əhatə edən, beynəlxalq və yerli müəlliflər tərəfindən qələmə alınan akademik kitablar, elmi məqalələr, xarici fotoqraflar tərəfindən lentə alınmış və ermənilərin Xocalıda törətdikləri vəhşilikləri özündə əks etdirən fotolar, hadisəyə dair şahid ifadələri, soyqırımı pisləyən və qarşısının alınmasına yönələn konvensiya və müqavilələr yer alır.

Qeyd edib ki, bu günədək bir çox ölkələr Xocalı soyqırımının ermənilər tərəfindən törədildiyini bəyan edən qətnamələr qəbul edib, bir sıra ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirən abidələr qoyulub. www.khojalytoday.com resurs bazasının “Beynəlxalq dəstək” bölməsində məhz buna yer verilib.

“Resurs” bazası, həmçinin Dağlıq Qarabağ münaqişəsinin tarixi, hüquqi və siyasi tərəfləri ilə, ermənilərin 30 ilə yaxın müddətdə işğal dövründə həmin ərazilərdə mədəni irsimizə və təbii sərvətlərimizə qarşı apardıqları vandalizm siyasətinə dair materiallarla tanış olmağa imkan yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır

Azərbaycanla İran arasında Araz çayının su ehtiyatlarının bölüşdürülməsi ilə bağlı iş rejimləri təsdiqlənib

Volkan Yılmaz: Türkiyə-Azərbaycan qardaşlığı bizim üçün böyük əhəmiyyətə malikdir

Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib

“Bayer” heyətinə yeni futbolçu cəlb edib

Milli Xalça Muzeyində “Təbii Zəka / NI - Natural Intelligence” sərgisi açılıb

Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub

Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm

Milli qurtuluşdan dövlətçilik zirvəsinə: BDU tələbələri Ulu Öndərin siyasi irsini öyrənirlər

Sabah bəzi yerlərdə yağış yağacaq

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Bu ilin 5 ayı ərzində “802” xidmətinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 38 müraciət daxil olub

Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ

Ölkədə muzdla çalışan işçilərin sayı açıqlanıb

Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraiti bəzi yerlərdə fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

DSMF-nin bu ilin 5 ayı üzrə gəlir və xərcləri açıqlanıb

Mətin Məmmədli: Azərbaycanın sülh gündəliyi regionda dayanıqlı inkişaf və təhlükəsizliyin əsas təminatıdır

ABŞ-nin neft ehtiyatları azalıb

Naxçıvanda əsas kapitala 65 milyon manata yaxın investisiya yönəldilib

Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb

Nərimanov rayonunda obyektdə baş verən yanğın söndürülüb – YENİLƏNİB 2 VİDEO

Nərimanov rayonunda obyektdə baş verən yanğın söndürülüb – YENİLƏNİB 2 VİDEO

Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO

Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO

Azərbaycanda beynəlxalq sertifikatların maliyyələşdirilməsi proqramı hazırlanır

Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltdi - RƏY

Fransadakı alman bunkerləri baxımsız qalıb

Naxçıvanda ÜDM istehsalı 2,2 faiz artıb

ADNSU-da respublika fənn olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırılıb

Bakı, Sumqayıt və Abşeron üzrə bu ayın pensiyaları sabah ödəniləcək

Azərbaycan enerji sahəsində əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır ŞƏRH

Rizvan Nəbiyev: Sülh sazişi Azərbaycan-Ermənistan münasibətlərinin əsas hüquqi bazasını təşkil edəcək

Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib

Azərbaycan futbolunun məbədi - Tofiq Bəhramov adına Respublika Stadionu VİDEO

Azərbaycan futbolunun məbədi - Tofiq Bəhramov adına Respublika Stadionu VİDEO

Oman sahillərində tankerdə yanğın baş verib

Qaya Məmmədov: Ermənistan cəmiyyəti Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir

Azərbaycan millisinin baş məşqçisi dünya çempionatındakı favoritini açıqlayıb

Uşaq evinin sakinləri İtaliyada keçirilən rəsm sərgisində iştirak ediblər

Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi: Rayonda erkən nikah halları minimuma enib

Fərid Şəfiyev: Azərbaycanın Ermənistanla bağlı prinsipial mövqeyi dəyişməz olaraq qalır

BDYPİ: Səhhətində problem olan sürücülərin sükan arxasına keçməsi faciə ilə nəticələnə bilər VİDEO

BDYPİ: Səhhətində problem olan sürücülərin sükan arxasına keçməsi faciə ilə nəticələnə bilər VİDEO

Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq

Azərbaycan və Türkiyə regionun təhlükəsizliyinin aparıcı qüvvələrindən biri kimi çıxış edir- ŞƏRH

Fransada müdafiə sənayesi sahəsi gücləndirilir

Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib

“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi VİDEO

“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi VİDEO

Deputat: Uşaqların rəqəmsal mühitdə daha güclü hüquqi və texnoloji müdafiəsi zəruridir

Fərid Şəfiyev: Dayanıqlı sülh üçün Azərbaycanın qanuni tələbləri tam şəkildə təmin edilməlidir

“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək

Quterreş ABŞ və İranı tam atəşkəsin əldə olunmasına çağırıb

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb VİDEO

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb VİDEO

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb

Beş tondan artıq narkotik vasitə məhv edilib VİDEO

Beş tondan artıq narkotik vasitə məhv edilib VİDEO

FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib

Əfqan Nifti: ABŞ-nin regiona olan strateji münasibəti getdikcə daha da yüksəlir

Kimya İnstitutunda gənc alimlər üçün beynəlxalq seminar təşkil edilib

Donald Tramp: İnflyasiyanı bəyənirəm

Teatr sənətinin vurğunu

Cavlon Vahabov: Özbəkistan Azərbaycanın C5+1 platformalarında iştirakında maraqlıdır

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirəyə çıxarılıb

“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb

PMI rəsmisi: Azərbaycan innovasiya və insan kapitalına əsaslanan iqtisadiyyat qurur

Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq

Azərbaycan–Türkiyə münasibətləri Türk dünyasında əməkdaşlığın əsas dayaqlarından biridir ŞƏRH

Nazir müavini: Azərbaycanın əsas hədəfi dayanıqlı və davamlı iqtisadi artımdır

Səudiyyə Ərəbistanı Livandan məhsul idxalına tətbiq etdiyi qadağanı ləğv edib

BMT: Son on ildə ilk dəfə məcburi köçkünlüyün miqyası azalıb

Krasnodar hava limanında 34 reys təxirə salınıb

® Əsəd Qurbanzadə: Unun alış qiyməti deyil, son məhsulun maya dəyəri əsas göstəricidir

Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonası regional istehsal və logistika mərkəzi rolunu oynayır

Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır

SEPAH Yaxın Şərqdəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb

Aleksey Kim: Azərbaycan resurslara əsaslanan iqtisadiyyatdan innovasiyayönümlü modelə keçidi uğurla həyata keçirir

SEPAH Hörmüz boğazından keçən iki gəmini vurub

Xalq rəssamı Lətif Kərimovun irsinə həsr olunan innovativ təqdimat hazırlanıb

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

İcraçı direktor: Azərbaycanın süni intellekt iqtisadiyyatında regional mərkəzə çevrilməsi potensialı böyükdür

NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb

Metyu Klimov: ABŞ-nin Orta Asiya və Avrasiyada strateji maraqları var

Culfada yaşayış binasında yanğın olub

Nazir müavini: Azərbaycan şirkətləri beynəlxalq səviyyədə rəqabət aparmaq imkanına malikdir

Ermənistanda zəlzələ baş verib, Naxçıvanda hiss olunub

Nazirin müşaviri: Azərbaycan gələcəyin sənaye və texnologiyalarının formalaşdırılmasında ABŞ-nin tərəfdaşı olmağa hazırdır

Çinli alimlər irsi əzələ distrofiyasının müalicəsində ciddi irəliləyiş ediblər

Uqandada Ebola təhlükəsi azalır: yeni yoluxma qeydə alınmayıb

“AmCham”: Məqsədimiz dövlət və özəl sektor arasında səmərəli əməkdaşlıq imkanlarının yaradılmasıdır

ABŞ-nin hücumu nəticəsində Oman körfəzində iki hindistanlı dənizçi həlak olub

Suraxanıda Qərbi Azərbaycanın tarixi həqiqətlərindən danışılıb

Manna dövlətinin fundamental tədqiqatçısı: Solmaz Qaşqayın elmi irsi bu gün də aktualdır

“TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” konfransı işə başlayıb VİDEO

“TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” konfransı işə başlayıb VİDEO

"UFC Freedom 250" turniri ilk dəfə Ağ Evin ərazisində keçiriləcək

Küveyt hava məkanını yenidən açıb

Şəki REM-in əməkdaşları şəhid Məmmədiyyə Cabbarzadənin xatirəsini yad ediblər

Qızılın bir troya unsiyasının qiyməti 4 118 dollara enib VİDEO

Qızılın bir troya unsiyasının qiyməti 4 118 dollara enib VİDEO

Amerikalı ekspert: TRIPP dəhlizi həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz üçün real vədlər verir VİDEO

Amerikalı ekspert: TRIPP dəhlizi həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz üçün real vədlər verir VİDEO

Dünya birjalarında neft bahalaşıb

Azərbaycan nefti 96 dollara satılıb VİDEO

Azərbaycan nefti 96 dollara satılıb VİDEO

Abuzər Xələfov 95: Qərbi Azərbaycan İcmasında görkəmli alim yad edilib

Şimali Kipr Baş nazirinin müavini: Qardaş Azərbaycanla əlaqələrin dərinləşəcəyinə səmimi-qəlbdən ümid edirəm

“Yüksəliş”in İşçi Qrupu Londonda beynəlxalq qiymətləndirmə təcrübəsini öyrənir

“Gənc istedadlar” liseyinin şagirdi Avropa Riyaziyyat Kubokunda gümüş medal qazanıb