Hüquq və İnsan Haqları İnstitutu hüquqşünasları, hüquqşünas tələbələri təlimə dəvət edir
Bakı, 12 iyul, AZƏRTAC
Hüquq və İnsan Haqları İnstitutu ilə Avropa Şurası arasında bağlanılmış anlaşmaya əsasən iyulun 27-də “Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi. Azərbaycan ədalət mühakiməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxış bucağında” mövzusunda yarımgünlük təlim keçiriləcək.
Bu barədə AZƏRTAC-a İnstitutdan məlumat verilib.
Bildirilib ki, təlim institutun təlimçi-ekspertləri tərəfindən təşkil olunacaq.
Təlimə Vəkillər Kollegiyasının üzvləri (gənc vəkillər), hüquqşünas tələbələr, praktik hüquqşünaslar dəvətlidir. İştirak etmək istəyənlər öz CV-lərini [email protected] elektron ünvanına göndərməklə qeydiyyatdan keçə bilərlər.
Müraciətlər iyulun 21-i saat 12:00-dək qəbul olunur.
Təlimin gündəliyi iştirakçıların elektron poçtuna göndəriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:55]
Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb
- 28.09.2026 [18:26]
Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub
- 28.09.2026 [18:03]