HÜQUQPOZMA HALLARININ QARŞISI ALINIR
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, ötən doqquz ayda gömrük əməkdaşları qanunsuz aparılan 1 kiloqram 570,56 qram qızıl, 27 kiloqram 908 qram gümüş, 54 min ABŞ dolları, 1 ədəd tarixi əhəmiyyəti olan skripka, 60 min 866 kiloqram əlvan metal, 495,5 kiloqram balıq kürüsü, 4 min 183 kiloqram balıq, 27 min 150 litr neft məhsulları, müxtəlif geyim əşyaları, külli miqdarda dərman preparatları və s. aşkar etmişlər. Bütün bu faktlarla bağlı müvafiq tədbirlər görülmüşdür.