İNGİLTƏRƏ KRALİÇASININ BİBİSİ 102 YAŞINDA VƏFAT ETMİŞDİR
Kraliça monarxiyaya və ölkəyə təmənnasız xidmətlər göstərmiş bibisinin ölümündən dərin kədər hissləri keçirdyini bildirmişdir.
1901-ci il dekabr ayının 25-də anadan olmuş ledi Alisa Kristabel Montaqü Duqlas Skot 1935-ci ildə hazırki kraliçanın atası kral VI Jorcun qardaşı V Jorc Henrinin üçüncü oğlu Qluçestr hersoqu Henri ilə ailə həyatı qurmuşdur.
Şahzadə Alisa ikinci dünya müharibəsindən sonra 1945-1947-ci illərdə ərinin qubernator olduğu Avstraliyada yaşamış, Böyük Britaniyaya qayıdandan ömrünün 90-cı illərinə qədər rəsm əsərləri çəkməklə məşğul olmuşdur.
Şahzadə kral ailəsində 100 yaşdan artıq yaşamış ikinci adamdır. II Elizabetin anası 2002-ci ildə 101 yaşında vəfat etmişdir.