İNGİLTƏRƏ KRALİÇASININ BİBİSİ 103 YAŞINDA VƏFAT ETMİŞDİR
Kraliça monarxiyaya və ölkəyə təmənnasız xidmətlər göstərmiş bibisinin ölümündən dərin kədər hissləri keçirdiyini bildirmişdir.
1901-ci il dekabrın 25-də anadan olmuş ledi Alisa Kristabel Montaqü Duqlas Skot 1935-ci ildə hazırkı kraliçanın atası kral VI Corcun qardaşı V Corc Henrinin üçüncü oğlu, Qluçestr hersoqu Henri ilə ailə həyatı qurmuşdur.
Şahzadə Alisa ikinci dünya müharibəsindən sonra, 1945-1947-ci illərdə ərinin qubernator olduğu Avstraliyada yaşamış, Böyük Britaniyaya qayıdandan ömrünün 90-cı illərinə qədər rəsm əsərləri çəkməklə məşğul olmuşdur.
Şahzadə kral ailəsində 100 yaşdan artıq yaşamış ikinci adamdır. II Elizabetin anası 2002-ci ildə 101 yaşında vəfat etmişdir.