İNSAN ALVERİ PROBLEMLƏRİNƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA
Dəyirmi masada “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə üzrə milli fəaliyyət Proqramı” ictimaiyyətin nümayəndələrinin iştirakı ilə ətraflı müzakirə olunmuşdur. Problemlə bağlı fəaliyyət strategiyası hazırlanmış və onun insan alverinə qarşı mübarizə üzrə milli əlaqələndiricisi Zahid Dünyamalıyevə və ATƏT-in Bakı ofisinin rəhbərliyinə göndərilməsi qərara alınmışdır.