İNSAN ALVERİ PROBLEMLƏRİNƏ HƏSR OLUNMUŞ “DƏYİRMİ MASA”
AZƏRTAC-ın müxbiri xəbər verir ki, “Təmiz dünya” Vətəndaş Hüquqları Uğrunda ictimai birliyi Kürdəmirdə rayon icra hakimiyyətinin dəstəyi ilə insan alveri problemlərinə həsr olunmuş “dəyirmi masa” keçirmişdir. Birliyin, rayon icra hakimiyyətinin, polis şöbəsi rəhbərliyinin, ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri “dəyirmi masada “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə üzrə milli fəaliyyət Proqramı” ətraflı müzakirə olunmuşdur.