İrakli Kobaxidze: Gürcüstanın NATO-ya üzv olmaq istəyi böyük riskdir
Tbilisi, 12 iyul, AZƏRTAC
Nüvə müharibəsi dünyanı, istənilən müharibə isə Gürcüstanı məhv edə bilər.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu-demokratik Gürcüstan” Partiyasının sədri İrakli Kobaxidze deyib. Onun sözlərinə görə, bu gün dünya yeni çağırışlarla, nüvə müharibəsi təhlükəsi ilə üz-üzədir. NATO rəsmiləri məsuliyyəti dərk edərək nüvə müharibəsindən yayınırlar. Gürcüstan isə istənilən müharibədən qaçmalıdır.
“NATO nüvə müharibəsindən çəkinir, biz, sadəcə, müharibədən qorxuruq. Əgər nüvə müharibəsi dünyanı məhv edəcəksə, istənilən müharibə Gürcüstanı məhv edəcək”,- deyə Kobaxidze vurğulayıb.
Partiya sədri deyib ki, NATO-nun yüksək səviyyəli siyasətçiləri öz məsuliyyətlərini anlayaraq, nüvə müharibəsindən qorxurlar və buna görə də Rusiya ilə açıq qarşıdurmaya getmirlər. Bu, tamamilə təbiidir. Gürcüstan hökumətinin də adi müharibə ilə bağlı eyni məsuliyyəti daşıdığını qeyd edən İrakli Kobaxidze deyib: “Gürcüstanın NATO-ya üzv olmaq istəyi ölkəmiz üçün böyük riskdir".
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]
Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb
- 28.09.2026 [17:27]