İran ordusu hərbi təlim keçirir
Tehran, 28 iyul, AZƏRTAC
İran İslam Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələri iyulun 28-də hərbi təlimlərə başlayıb. Təlimdə ballistik raketlər sınaqdan çıxarılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı SEPAH-ın komandan müavini general Abbas Nifurşən məlumat verib. O bildirib ki, təlimlər Fars körfəzi və Hörmüz boğazında keçiriləcək. “Müqəddəs Peyğəmbər” kod adı altında keçirilən təlimlərə hərbi hava qüvvələri ilə yanaşı, pilotsuz uçuş aparatları da qatılacaq. Təlimlərdə İran sahillərinin şərti düşməndən müdafiə olunması taktikası həyata keçiriləcək.
General nəzərə çatdırıb ki, İranın “Nur” adlı süni peyki də bu təlimlərdə iştirak edəcək. Süni peyk dənizin görünməyən hissəsindən məlumatları qərargaha ötürəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:51]
Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib
- 05.10.2026 [15:32]
Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur
- 05.10.2026 [15:16]
Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir
- 05.10.2026 [15:06]
Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb
- 05.10.2026 [14:33]
Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır
- 05.10.2026 [14:20]
Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır
- 05.10.2026 [14:16]