İranda koronavirusdan bir gündə 235 nəfər ölüb
Tehran, 28 iyul, AZƏRTAC
İranda koronavirusa yoluxanlar arasında ölüm hallarının kəskin artığı müşahidə edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari mətbuat konfransında məlumat verib. O, bildirib ki, son 24 saat ərzində 2 min 667 nəfər virusa yoluxub, 235 nəfər isə həyatını itirib.
Bununla da İranda virusa yoluxanların ümumi sayı 296 min 273 nəfər, ölənlərin sayı isə 16 min 147-ə çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 257 min 19 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiya şöbələrində müalicə alan 3 min 902 nəfərin vəziyyəti ağır olaraq qalır.
Mətbuat katibi qeyd edib ki, yenə də Tehran, Şərqi Azərbaycan, Əlborz, Xorasan, Fars, Gülüstan, Loristan, Simnan, Elam, Mazandaran və Kirman vilayətlərində vəziyyət ağırdır. Bu vilayətlər virusun yayılması və ölənlərin sayının artmasına görə qırmızı zonaya daxil ediliblər.
İranın bəzi kütləvi informasiya vasitələri isə qeyd edirlər ki, yoluxma və ölüm halları rəsmi məlumatda göstərildiyindən daha çoxdur.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]