İspaniyalı mütəxəssis: Azərbaycan gimnastları texniki və taktiki cəhətdən çox inkişaf ediblər
Bakı, 21 yanvar, AZƏRTAC
Azərbaycan gimnastları dünya səviyyəsində çox yüksək nəticələr əldə ediblər və bu uğurların davamı gəlir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında bədii gimnastika üzrə müxtəlif yaş qruplarından ibarət milli komandaların üzvləri üçün xoreoqrafiya məşqləri keçən Beatriz Brito Aguilera deyib.
Milli Gimnastika Arenasında məşq keçən ispaniyalı mütəxəssis deyib: “Bakı mənim üçün yuxu kimidir. Uzun müddət burada keçirilmiş beynəlxalq tədbirləri izləmişəm. Bir müddət əvvəl gənclər və idman nazirinin müavini Mariana Vasileva ilə tanış oldum. Onun sayəsində Azərbaycana gələ bildim və arenanı təcrübədən keçirdim”.
İspaniyalı mütəxəssis Azərbaycan təmsilçilərinin texniki və taktiki cəhətdən çox inkişaf etdiyini bildirib: “Azərbaycan xalqının milli rəqsləri, folklorla bağlı olan məqamlar onlara xalça üzərində özlərini ifadə etməyə köməklik göstərir. Bütün qazanılmış nailiyyətlərin arxasında böyük əmək dayanır. Bütün bunları zalda gördüm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]