İsraildə məhkəmə islahatlarına qarşı etiraz dalğası səngimir
Bakı, 12 iyul, AZƏRTAC
Dünən İsraildə minlərlə nümayişçi məhkəmə islahatları haqqında mübahisəli qanun layihəsinin parlamentdə birinci oxunuşdan keçməsinə etiraz olaraq mühüm magistral yolları və əsas beynəlxalq hava limanını bağlayıb.
AZƏRTAC Qərb mediasına istinadla xəbər verir ki, polis nümayişləri dağıtmaq üçün su şırnaqlarından istifadə edib və azı 70 nəfər saxlanılıb.
Məhkəmə islahatlarına qarşı etiraz aksiyaları ilin əvvəlindən başlayaraq hər həftə keçirilir. Nümayişçilərin fikrincə, İsrail Benyamin Netanyahunun və onun ifrat sağçı koalisiya müttəfiqlərinin rəhbərliyi altında avtoritar dövlətə çevrilir.
Həftənin əvvəlində Knessetdə keçirilən ilk səsvermənin gedişində qanun layihəsini 64 deputat dəstəkləyib, 56 deputat əleyhinə çıxıb. İyulun sonunadək daha iki səsvermə gözlənilir və bundan sonra qanun layihəsi qüvvəyə minəcək.
Baş nazir Netanyahu etirazlara cavab olaraq feysbukda yayımladığı video-çarxda qanun layihəsinin “demokratiyanın sonu” deyil, əksinə “onu gücləndirmək” olduğunu bəyan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]
Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb
- 28.09.2026 [17:27]