İsveç NATO-ya üzv olduqdan sonra ərazisində nüvə silahı yerləşdirməyi planlaşdırmır
Stokholm, 12 iyul, AZƏRTAC
İsveç NATO-ya üzv olduqdan sonra ərazisində nüvə silahı yerləşdirməyi planlaşdırmır.
AZƏRTAC xəbər verir ki, İsveçin müdafiə naziri Pol Conson müvafiq bəyanatla çıxış edib. Onun sözlərinə görə, hazırda nə Krallığın, nə də NATO-nun özünün bununla bağlı bir planı yoxdur. Eyni zamanda, İsveç vəziyyəti nəzərə almalıdır, çünki NATO həm ənənəvi, həm də nüvə silahının qarşısının alınmasına əsaslanan hərbi ittifaqdır.
Digər amillərlə yanaşı, İsveçin NATO-ya üzv olması xaricdə əməliyyatların aparılması üçün Krallığın qoşunlarından istifadə edilməsini də nəzərdə tutur. Müdafiə nazirinin sözlərinə görə, İsveç hərbçilərinin qanunvericilik məhdudiyyətləri ilə əlaqədar NATO-nun üzvü olaraq müxtəlif əməliyyatların aparılması üçün xaricə gedə biləcəyi hələ ki, aydın deyil. “Lakin, zərurət halında Krallıq Alyansın tələblərinə cavab vermək məqsədilə gələcəkdə qanunvericilikdə dəyişikliklər edə bilər”, - deyə İsveçin müdafiə naziri bildirib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]
Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb
- 28.09.2026 [17:27]