Kankunda iqlim dəyişmələrinə dair beynəlxalq konfrans keçirilir
Bakı, 30 noyabr (AZƏRTAC). Meksikanın Kankun şəhərində iqlim dəyişmələrinə dair konfrans keçirilir. Konfransda 194 ölkənin nümayəndə heyətləri iştirak edir. Nümayəndələr iqlim dəyişmələrinə dair yeni, daha əhatəli saziş imzalamaq barədə razılığa gəlməlidirlər. Kioto protokolunu əvəzləyəcək bu saziş planetimizdə qlobal istiləşməyə qarşı mübarizədə əhəmiyyətli rol oynamalıdır. BMT-nin iqlim dəyişmələrinə dair Çərçivə Konvensiyasının icraçı katibi Kristiana Fiqeres bundan əvvəl bildirmişdir ki, Kankuna bağlanan ümidlər reallığa çevrilə bilər.
Ötən ilin dekabrında Kopenhagendə keçirilmiş iqlim dəyişmələrinə dair beynəlxalq konfransda dövlətlər qlobal istiləşməyə qarşı mübarizəyə yönəlmiş təxirəsalınmaz tədbirləri qəbul etməyə hazır olduqlarını bildirmişdilər. Kopenhagen razılaşmaları dövlətlərin atmosferə tullanan parnik qazlarının səviyyəsini azaltmaq niyyətlərini təsdiq edir.
Kopenhagen konfransı heç bir hüquqi qüvvəsi olmayan siyasi bəyannamənin qəbulu ilə başa çatmış, lakin Kioto protokolunu əvəzləyəcək əhatəli sazişin imzalanması ilə nəticələnməmişdi. Kioto protokolu 2012-ci ilə qədər qüvvədədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]