KİV: Türkiyə parlamenti İsveçin NATO-ya üzvlük məsələsinə payızda baxacaq
Bakı, 12 iyul, AZƏRTAC
İsveçin NATO-ya üzvlük protokolu Türkiyə Böyük Millət Məclisinə (TBMM) bu həftə göndəriləcək, müzakirələr isə payız sessiyasında olacaq.
AZƏRTAC “Yeni Safak” qəzetinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası İsveçlə əldə etdiyi saziş əsasında NATO-ya üzvlüklə bağlı protokolu parlamentə göndərmək barədə qərar qəbul edib. Lakin TBMM iyulun 15-də yay tətilinə çıxacağı üçün ratifikasiya məsələsinə oktyabrın 1-də başlayacaq yeni qanunverici ildə baxılacaq. Əgər İsveç həmin vaxta qədər Vilnüs protokolunun öhdəliklərini icra etməsə, sənəd təsdiq edilməyəcək.
İsveç Vilnüsdəki sammitdə üzərinə PKK və FETÖ kimi terror təşkilatlarına dəstək verməmək, Avropa İttifaqına üzv olmaqda Türkiyəyə yardım göstərmək, Aİ ilə vizasız rejim təqdim edilməsi və sanksiyaların aradan qaldırılması üçün Ankaraya lobbiçilik etmək öhdəliyi götürüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]
Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb
- 28.09.2026 [17:27]