KOMİTƏNİN HUMANİTAR FƏALİYYƏTİ GENİŞLƏNİR
İran İslam Respublikasının İmam Xomeyni İmdad Komitəsi Beynəlxalq Humanitar Təşkilatının Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, komitə bu il himayəsində olan 1000 ailənin məktəbli uşaqlarına dərs ləvazimatları, 250 ailəyə kənd təsərrüfatını inkişaf etdirmək üçün faizsiz kreditlər vermiş, 400 ailənin mənzilində təmir-tikinti işləri aparmışdır.