Konstitusiya Məhkəməsi Palatasının iclasında Şəki Rayon Məhkəməsinin müraciətinə baxılıb
Bakı, 12 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.4-cü, 128.2.3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Şəki Rayon Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.
Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun avqustun 2-nə təyin edilmiş iclasında baxılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [20:14]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 28.09.2026 [19:24]
Qida ilə təmasda olan mütəxəssislərə qanunvericiliyin tələbləri izah edilib
- 28.09.2026 [18:30]
Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb
- 28.09.2026 [18:27]