Litvada yol hərəkəti qaydalarına dəyişiklik ediləcək
Vilnüs, 17 iyun, AZƏRTAC
Litvada yol hərəkəti qaydalarında dəyişiklik olacaq. Ölkənin Nəqliyyat və Kommunikasiya Nazirliyi işıqforun yaşıl işığında yanıb-sönmə funksiyasının ləğv ediləcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, buna səbəb ölkədə yol nəqliyyat hadisələrinin sayının artmasıdır. Mütəxəssislər hesab edir ki, yanıb-sönən yaşıl işıq qəzaların sayının artmasına gətirib çıxarır. Yeni qaydalara əsasən, yaşıl işıqdan dərhal sonra hərəkəti qadağan edən sarı və qırmızı işıqlar yanacaq.
İşıqforlarda yaşıl işığın yanıb-sönmə funksiyası artıq bir çox Avropa ölkələrində qadağan edilib. Hesab olunur ki, bu, sürücünün fikrini dağıdır və xüsusən, böyük yol kəsişmələrində qəzalara səbəb olur.
Litvada ötən il rekord sayda az yol nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş qəzalarda 170 nəfər həyatını itirib. Əsas səbəb kimi, piyadaların diqqətsizliyi göstərilib.
Litvalılar isə yeni qaydalarında tətbiqindən narazıdırlar. Onların bir çoxu hesab edir ki, ölkədə həddindən artıq çox dəyişikliklər tətbiq edilir və onlar heç də həmişə uğurlu olmur.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:51]
Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib
- 05.10.2026 [15:32]
Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur
- 05.10.2026 [15:16]
Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir
- 05.10.2026 [15:06]
Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb
- 05.10.2026 [14:33]
Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır
- 05.10.2026 [14:20]
Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır
- 05.10.2026 [14:16]