“Mançester Siti” klubu “Yuventus”dan rədd cavabı alıb
Bakı, 18 iyul, AZƏRTAC
İngiltərənin “Mançester Siti” İtaliyanın “Yuventus” klubunun futbolçusunu transfer etmək istəyir.
AZƏRTAC xəbər verir ki, ingilislər “qoca senyora”nın şərəfin qoruyan Miralem Pyaniç üçün 50 milyon avro təklif göndəriblər. Amma “Yuventus” bu təklifi qəbul etməyib. Turin klubu bosniyalı futbolçunu daha yüksək məbləğə satmağa ümid edir.
İyirmi səkkiz yaşlı yarımmüdafiəçi “Yuventus”a 2016-cı ildə 32 milyon avro qarşılığında “Roma”dan transfer edilib. “Mançester Siti” daha öncə “Lester Siti”dən Riyad Mahrezi 60 milyon funt sterlinqə transfer edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:05]
Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]