Maqsud Adıgözəlov: Çempionluğu əldə etmək heç də asan olmadı
Bakı, 15 may, AZƏRTAC
"Sabah" klubunun prezidenti Maqsud Adıgözəlov komandasının Azərbaycan Basketbol Liqasının qalibi olması barədə danışıb.
Bu barədə AZƏRTAC-a açıqlama verən funksioner qazanılan çempionluğa görə xoşbəxt olduğunu deyib.
O, finalda məğlub etdikləri “Neftçi”nin yaxşı mübarizə apardığını bildirib: “Çempionluğu əldə etmək heç də asan olmadı. Çünki “ağ-qaralar” final seriyasının bütün matçlarında bizə çətinlik yaratdı. Rəqibi layiqli oyun münasibətilə təbrik edirəm. Həqiqətən də görüş asan keçmədi. Lakin sonda qızıl medallara sahib çıxdıq. Ardıcıl üçüncü dəfə bu adı qazanmaq gözəl hissdir. Bundan sonrakı məqsəd avrokuboklara yaxşı hazırlaşıb, Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etməkdir”.
Qeyd edək ki, “Sabah” final seriyasında “Neftçi”ni 4:2 hesabı ilə məğlub edərək Azərbaycan Basketbol Liqasının qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]