MARADONA 44 YAŞINI QEYD ETMİŞDİR
1960-ci il oktyabr ayının 30-da ölkənin paytaxtı Buanes-Ayresin ətraf qəsəbələrinin birində kasıb ailədə anadan olmuş və öz oyunu ilə keçən əsrin 80-ci illərində məşhurlaşmış Maradonanı Kubanın prezidenti Fidel Kastro təbrik etmişdir. Təbrik məktubunda Kuba inqilabının rəhbəri öz oyunu ilə hamını heyrətə salmış futbolçunun ad gününü onun ölkəsində qeyd etməsindən böyük məmnunluq hissi keçirdiyini qeyd etmiş və ona uzun ömur diləmişdir.
Yerli mətbuat ilk dəfə olaraq uzun müddət Kubada müalicə olunan məşhur futbolçu barədə yazılara öz səhifələrində yer ayırmışdır.