May ayında bəzi bölgələrdə havanın temperaturu 33 dərəcə təşkil edəcək
Bakı, 28 aprel, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, may ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.
Departamentdən AZƏRTAC-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 17-19° isti təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Havanın temperaturu gecələr 12-17°, isti gündüzlər 19-24° isti olacaq, bəzi günlərdə isə 27-32°-dək yüksələcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 23-33 mm) olacağı ehtimalı var.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 17-20° isti təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 10-15° isti, gündüzlər 20-25° isti olacaq, bəzi günlərdə isə 28-33°-dək yüksələcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 33-62 mm) olacağı ehtimalı var.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 11-15° isti təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 5-10° isti, gündüzlər 12-17° isti olacaq, bəzi günlərdə isə 20-25°-dək yüksələcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 68-122 mm) olacağı ehtimalı var.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 17-19° isti təşkil edəcəyi gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturu gecələr 11-16° isti, gündüzlər 18-23° isti olacaq, bəzi günlərdə isə 27-31°-dək yüksələcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 31-54 mm) olacağı ehtimalı var.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında havanın orta aylıq temperaturunun 15-18° isti təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Havanın temperaturu gecələr 10-15° isti, bəzi günlərdə 2-6° isti, gündüzlər 15-20° isti olacaq, bəzi günlərdə isə 23-28°-dək yüksələcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 26-166 mm) olacağı ehtimalı var.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 18-20° isti təşkil edəcəyi gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturu gecələr 11-16° isti, gündüzlər 21-26° isti olacaq, bəzi günlərdə isə 28-33°-dək yüksələcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 26-62 mm) olacağı ehtimalı var.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 14-19° isti təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Havanın temperaturu gecələr 9-14° isti, gündüzlər 18-23° isti olacaq, bəzi günlərdə isə 26-29°-dək yüksələcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 41-72 mm) olacağı ehtimalı var.