Mehmanxanalara lisenziyalar verilmişdir
Bakı, 6 dekabr (AZƏRTAC). Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar”a və Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən cari ilin noyabrında bir sıra mehmanxanaların və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, Bakı şəhərində fiziki şəxs Məhluqə Qibləliyevaya “Egoist” mehmanxanasına, “Gilan” MMC-yə “Qafqaz Point Hotel” mehmanxanasına, Gəncə şəhərində “999 LTD” MMC-yə “El Hotel” mehmanxanasına, Qax rayonunun İlisu kəndində “İlisu” pansionatına, Lənkəran şəhərində “Cənub+R” MMC-yə “Cənub” istirahət mərkəzinə müvafiq turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]