Meşələrin mühafizəsinə diqqət artırılmışdır
İsmayıllı, 5 dekabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən bildirmişlər ki, payız-qış mövsümü başlanandan kollektiv gücləndirilmiş iş rejiminə keçmişdir. Hazırda müəssisədə növbətçilik cədvəli tərtib olunmuşdur və yaradılmış xüsusi qrup mütəmadi olaraq giriş-çıxış yollarına nəzarət edir, ərazilərə reydlər keçirilir.
2010-cu ilin ötən dövründə meşə qanunvericiliyinin ayrı-ayrı vətəndaşlar tərəfindən pozulmasına dair 39 akt və Azərbaycan Respublikası İnzibati Xatalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduqlarına görə 30 protokol tərtib olunmuşdur. Tərtib edilmiş aktlar üzrə 15 iş İsmayıllı rayon məhkəməsinə, 2 iş isə tədbir görülmək üçün rayon prokurorluğuna göndərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]