MƏTBUAT NİZAMNAMƏSİNİN 85 İLLİYİNƏ HƏSR OLUNMUŞ YIĞINCAQ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Mətbuat Şurasının təşkil etdiyi tədbiri qurumun sədri Əflatun Amaşov açmışdır. O, yıgıncıgın məqsəd və məramından danışmışdır. Professor Şirməmməd Hüseynov Xalq Cümhuriyyəti dövründəki Azərbaycan mətbuatı barədə məlumat vermiş, KİV nümayəndələrini həmin nizamnamənin müddəaları ilə tanış etmişdir. Natiq demişdir ki, 1919-cu il oktyabrın 30-da parlament tərəfindən qəbul olunan bu mükəmməl qanun müasir mətbuatımız üçün də nümunə, örnək olmalıdır.
Professorlar Cahangir Məmmədli, Musa Qasımov və başqaları bu nizamnamənin Azərbaycan mətbuatı tarixindəki yerindən danışmış və bildirmişlər ki, 23 aylıq Xalq Cümhuriyyəti dövründə Bakıda 150-ə yaxın qəzet və jurnal çap olunurdu. Bu isə hələ o dövrdə Azərbaycanda söz, mətbuat azadlığının olduğunu sübut edir onlar xüsusi vurğulamışlar ki, mətbuat dövlətin və xalqın əleyhinə olmamalı, millətin adət-ənənələrini özündə əks etdirməli, anarxiya və başıpozuqluğa xidmət göstərməməlidir. Cünki bu günün mətbuatı uzun illər sonra bu dövlətin mətbuat tarixini təşkil edəcəkdir. Müasir KİV nümayəndələri böyük ənənələri olan mətbuatımıza söykənməli, ondan bəhrələnməlidirlər.