MƏTBUAT NİZAMNAMƏSİNİN 85 İLLİYİNƏ HƏSR OLUNMUŞ YIĞINCAQ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Mətbuat Şurasının təşkil etdiyi tədbiri qurumun sədri Əflatun Amaşov açmışdır.
Çıxış edənlər nizamnamənin müddəalarından söhbət açmış, onu müasir mətbuatımız üçün də nümunə, örnək kimi dəyərləndirmişlər. Bildirilmişdir ki, Xalq Cümhuriyyəti dövründə Bakıda 150-dək qəzet və jurnal çap olunurdu. Bu isə hələ o dövrdə Azərbaycanda söz, mətbuat azadlığının olduğunu sübut edir. Xüsusi vurğulanmışlar ki, mətbuat dövlətin və xalqın əleyhinə olmamalı, millətin adət-ənənələrini özündə əks etdirməli, anarxiya və başıpozuqluğa xidmət göstərməməlidir. Cünki bu günün mətbuatı uzun illər sonra ölkənin mətbuat tarixini təşkil edəcəkdir. Müasir KİV nümayəndələri böyük tarixi olan mətbuatımızın ənənələrinə söykənməli, ondan bəhrələnməlidirlər.