Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Qurtuluş Günü hərbi hissələrdə təntənə ilə qeyd edilib

Bakı, 13 iyun, AZƏRTAC

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Əlahiddə Ümumqoşun Ordusunda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində 15 iyun-Milli Qurtuluş Günü ilə bağlı silsilə tədbirlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 13-də “N” saylı hərbi hissədə keçirilən tədbirdə iştirakçılar əvvəlcə hərbi şəhərcikdə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək qarşısına hörmət və ehtiram əlaməti olaraq gül dəstələri qoyublar.

Polkovnik İlqar Lətifovun giriş nitqindən sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Polkovnik Abdulla Qurbani Müdafiə Nazirliyi rəhbərliyinin Silahlı Qüvvələrin şəxsi heyətinə təbriklərini çatdırıb.

Bildirilib ki, 22 ildir xalqımız 15 iyun gününü ümumxalq bayramı kimi qeyd edir. Azərbaycanın “olum, ya ölüm” seçimi qarşısında qaldığı, azadlığımızın və müstəqilliyimizin böyük təhlükə ilə üzləşdiyi 1993-cü ilin dəhşətli iyun günlərində xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin ölkəmizin rəhbərliyinə qayıdışı müstəqilliyini yenicə bərpa etmiş respublikamızı məhv olmaq təhlükəsindən xilas etdi və xalqımızın tarixinə Milli Qurtuluş günü kimi əbədi həkk olundu. “Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyən Ümummilli Liderimiz Vətən və xalq naminə çox ağır və məsuliyyətli missiyanı öhdəsinə götürərək bu yolda hər bir azərbaycanlı üçün örnək ola biləcək fədakarlıq nümunələri göstərdi. Unudulmaz dahi rəhbərimiz xalqı öz inamını itirməməyə, məsləyindən dönməməyə, Azərbaycanın müstəqilliyi, milli azadlığı, müstəqil dövlət kimi əbədi yaşaması yolundan çəkinməməyə, ölkəmizi düçar olduğu böhrandan çıxarmağa çağırdı.

Azərbaycan Respublikasının təhlükəsizliyini və müdafiəsini təmin etmək kimi müqəddəs vəzifəni yerinə yetirən Milli Ordu quruculuğunda yeni bir mərhələnin əsası qoyuldu. Ulu Öndərimizin xalqa tarixi müraciəti milli şüurun oyanışında, xalqın bir bayraq altında, bir amal uğrunda birləşib, ümumi düşmənə qarşı səfərbər olmasında, ordu ilə xalqın monolit birliyinin yaranmasında, Azərbaycan əsgərinin döyüş və vətənpərvərlik ruhunun yüksəlməsində çox mühüm rol oynadı.

Qeyd olunub ki, Qarabağ müharibəsinin veteranları qanlı döyüşlər getdiyi vaxtlarda əbədiyaşar Ali Baş Komandanımızın tez-tez cəbhə bölgələrinə etdiyi səfərləri, üzərində “Heydər Əliyev uğrunda!” sözləri yazılmış döyüş texnikalarının düşmən üzərinə qətiyyətli hücumlarını yaxşı xatırlayırlar. Məhz müasir Silahlı Qüvvələrimiz Ulu Öndərimizin sayəsində yenidən quruldu, formalaşdı, möhkəmləndi və vahid mərkəzdən idarə olunan mütəşəkkil qüvvəyə çevrildi.

Qeyd olunub ki, siyasi fəaliyyəti və zəngin həyat yolu ilə yaddaşlarda əbədiyyət qazanmış ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın iradəsi ilə yenidən respublika rəhbərliyinə qayıtdıqdan sonra müstəqilliyimiz üçün təhlükə yaratmış separatçılıq hərəkatına son qoymuş, Vətənimizi vətəndaş müharibəsi, dövlətimizi parçalanmaq təhlükəsindən xilas etmiş, ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunmasına, cəmiyyətin vahid məqsəd ətrafında daha çox səfərbər edilməsinə və vətənimizin müdafiə qüdrətinin möhkəmləndirilməsinə güclü təkan verib.

Xalqımız və dövlətimiz, eləcə də Silahlı Qüvvələrimizin şəxsi heyəti Ümummilli Liderimizin ölkənin siyasi, iqtisadi, mədəni həyatında olduğu kimi ordu quruculuğu sahəsində də möhtəşəm xidmətlərini heç vaxt unutmur.

Vurğulanıb ki, Azərbaycan Silahlı Qüvvələri Ulu Öndərimizin layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında daha da qüdrətlənib və qarşısına qoyulmuş hər bir vəzifəni layiqincə yerinə yetirməyə qadirdir. Ordumuz ölkə rəhbərliyinin daimi diqqət və qayğısı ilə əhatə olunub.

Əminliklə ifadə olunub ki, xalqına, dövlətinə, Prezidentinə, öz Ali Baş Komandanına arxalanan Silahlı Qüvvələrimizin şəxsi heyəti bundan sonra da qazandığı uğur və nailiyyətlərlə xalqımızı sevindirəcək, tezliklə işğal altında olan əzəli və əbədi torpaqlarımızın xilas edilməsinə nail olacaqdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qeyd etdiyi kimi, müasir, mütəşəkkil ordunu yaratmaq Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri olub. Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının qurucusu olmaqla yanaşı, həm də müasir Azərbaycan ordusunun yaradıcısı, baş memarıdır.

Xüsusi olaraq vurğulanıb ki, Ali Baş Komandan Prezident kimi fəaliyyətində ordu quruculuğu məsələləri prioritetdir.

Diqqətə çatdırılıb ki, Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası durmadan möhkəmlənir, yeni silah və sursatlar, döyüş təyyarə və helekopterləri, zenit-raket kompleksləri, gəmilər alınır, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı, vətənpərvərlik ruhu yüksək səviyyədədir.

Tədbirdə Milli Məclisin deputatı, iqtisadiyyat elmləri doktoru, professor Xanhüseyn Kazımlı çıxış edərək Ulu Öndərimizin hakimiyyətə qətiyyətli qayıdışı ilə iqtisadi, siyasi və mədəni həyatında, eləcə də ordu quruculuğunda yeni bir mərhələnin başlandığını qeyd edib və böyük iftixar hissi ilə bildirib ki, açılışı olan birinci Avropa Oyunları ümummilli lider Heydər Əliyevin ardıcıllarının təntənəsidir. Bu gün Azərbaycan dünyanın diqqət mərkəzindədir, xalqımızın və dövlətimizin nüfuzu durmadan artmaqdadır.

Çıxışının sonunda deputat “Böyük siyasətin davamı” çoxcildliyinin 7 cildini hərbi hissənin kitabxanasına hədiyyə edib.

Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayevin Ulu Öndərimizlə bağlı xatirələri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Polkovnik Münasib Babayev də hələ Bakı Ali Hərbi Məktəbinin kursantı olduğu vaxtdan Ulu Öndərlə olan görüşlərini xatırlayıb.

Tədbirin sonunda incəsənət ustalarının ifasında mahnılar səsləndirilib və xatirə şəkli çəkilib.

Hərbi şəhərcikdə görülən işlərdən məmnun qalan qonaqlar şəxsi heyətin Ali Baş Komandanın hər bir əmrinə daim hazır olduqlarının şahidi olublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb