MLS: “Los-Anceles” və “San-Xose Ertkveyks” klubları dörddəbir finala yüksəliblər
Bakı, 28 iyul, AZƏRTAC
Amerika Milli Futbol Liqasında (MLS) play-off mərhələsinin səkkizdəbir final mərhələsində “Sietl Saunders” klubu “Los-Anceles”lə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, Floridada keçirilən görüşdə 5 qol vurulub. İlk hissədə qonaqlardan Dieqo Rossi hesabı açıb. Çox keçmədən fərq artıb. Latif Blessinq rəqib qapısına yol tapıb. İkinci hissədə Vil Bruin qollardan birinin əvəzini çıxsa da, “Sietl Saunders” son dəqiqələrdə daha 2 dəfə mərkəzə dəvət olunub. Rossi dubl edib. Brayn Rodriqez isə mübarizəyə nöqtə qoyub. Matçda 4:1 hesabı ilə qələbə qazanan “Los-Anceles” komandası dörddəbir finala yüksəlib.
Digər görüşdə isə 7 qol vurulub. Söhbət “San-Xose Ertkveyks”-“Real Solt-Leyk” matçından gedir. Rəqibini 5:2 hesabı ilə üstələyən San-Xose futbolçuları mərhələ adlayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:05]
Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır
- 05.10.2026 [12:03]