Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan: turizmin inkişafına dair Dövlət Proqramının icrası yeni imkanlar yaradır

Naxçıvan, 5 fevral, AZƏRTAC

Məqsədyönlü siyasət, istifadəyə verilən yeni obyektlər, bərpa edilən 
tarixi abidələr turizmin inkişafını stimullaşdırır

Son illər Azərbaycan iqtisadiyyatının digər sahələrində olduğu kimi, turizm sektorunda da inkişaf tendensiyası özünü qabarıq şəkildə göstərir. Ümumiyyətlə, turizm sektoru ölkəmiz üçün bir neçə cəhətdən - iqtisadiyyatın güclənməsi, bölgələrin inkişafı və Azərbaycanın bütün dünyada tanınması baxımından səciyyəvidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Turizm sahəsi həm regionların inkişafı, həm də ki, ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir”.

Naxçıvan da çoxəsrlik tarixi, mədəniyyət nümunələrinin sayı, qonaqpərvərlik ənənələri və zəngin təbii ehtiyatları ilə əlverişli turizm potensialına malik qədim diyardır. Muxtar respublikamızın turizm potensialından istifadə isə daim diqqət mərkəzində saxlanılan mühüm məsələlərdəndir. Milli mədəniyyət nümunələrinin bərpası ilə yanaşı, müasir turizm infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən irimiqyaslı layihələr Naxçıvanın turist cəlbediciliyini artıran başlıca amildir. Muxtar respublikanın turizm potensialından tam istifadə edilməsi məqsədilə hazırlanan və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası bu sahənin inkişafı üçün yeni imkanlar yaratmaqdadır.

Proqramın icrası 2020-ci ildə də diqqətdə saxlanılıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri mayın 10-da Sahil Parkının, noyabrın 20-də Duzdağ Fizioterapiya Mərkəzinin inzibati binasının istifadəyə verilməsi ilə bağlı tədbirlərdə iştirak edib. Həmçinin muxtar respublikanın qədim tarixini özündə əks etdirən nadir memarlıq abidələrinin qorunması ilə bağlı tədbirlər də davam etdirilib, Ali Məclisin Sədri mayın 27-də Şahtaxtı kəndindəki Şərq hamamında, aprelin 15-də Yusif Küseyir oğlu türbəsində aparılan bərpa işləri ilə maraqlanıb, həmin gün Ordubad şəhərindəki qədim Cümə məscidinin bərpa layihəsinə baxıb. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi tərəfindən muxtar respublikada turizmin inkişafı və perspektivləri, eləcə də turizm marşrutları üzrə bir neçə abidənin daxil edildiyi 4 monoqrafiyanın nəşr olunması bu sahədə elmi fəaliyyətin də davam etdirilməsinin mühüm təzahürüdür.

Naxçıvan mətbəxi turistlərin təkrar bu məkana gəlməyə sövq edən ən dəyərli nümunələr sırasındadır

Dünya ölkələrinin turizm təcrübəsi belə bir faktı təsdiqləyir ki, yerli xüsusiyyətli mədəni potensialdan tam istifadə edilməsində əsas məqsəd mədəni turizm mənbələrinə maraq göstərən turistlər üçün təqdim edilən xidmətlərin həm iqtisadi cəhətdən gəlir gətirməsi, həm də bu mənbələrin qorunub saxlanmasıdır. Bəhs edilən mənbələr içərisində milli mətbəx nümunələrinin davamlı nümayişi və turistlərə təqdim olunması çox mühüm əhəmiyyət kəsb etməkdədir. Turizm tədbirləri çərçivəsində iqtisadi dəyər qazandırılan milli mətbəx nümunələrinin davamlı nümayişi, eyni zamanda bu nümunələrin unudulmasının qarşısını alır və gələcək nəsillərə ötürülməsini təmin edir.

Qeyd etmək lazımdır ki, tarixboyu özünəməxsusluğu ilə seçilən Naxçıvan mətbəxi, müasir dövrümüzdə də qədim diyarımızı ziyarət edənləri bir daha bu məkana gəlməyə sövq edən ən dəyərli nümunələr sırasındadır. Yenidənqurma və bərpadan sonra mayın 5-də Ali Məclis Sədrinin iştirakı ilə istifadəyə verilən Naxçıvan şəhər buzxanasında “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi üçün iş şəraiti yaradılıb. Ali Məclisin Sədri deyib: “Buzxana abidəsinin tarixi görkəmi qorunub saxlanılmaqla bərpa olunması ona ikinci həyat vermişdir. Abidədə xalqımızın milli dəyərlərinin bir hissəsi olan kulinariya mədəniyyəti yaşadılacaq və təbliğ olunacaqdır...”

Yeni yaradılmış “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin nəzdində “Milli Yeməklər” İctimai İaşə Məhdud Məsuliyyətli Cəmiyyəti mayın 12-də vergi orqanlarında rəsmi qeydiyyata alınıb. Mərkəz tərəfindən unudulmaqda olan mətbəx nümunələri ilə yanaşı, milli mətbəximizə aid adət-ənənələr və folklor nümunələrinin toplanması işi davam etdirilib. Milli yeməklərimizin təbliğ olunduğu 5 televiziya verilişi çəkilib və bu yeməklərin hazırlanma qaydaları əyani şəkildə nümayiş olunub. Dekabrın 10-da Naxçıvan Dövlət Universitetində Texnologiya müəllimliyi ixtisası üzrə təhsil alan tələbələr üçün “Naxçıvanın milli mətbəxi” mövzusunda seminarın keçirilməsi isə gənclərə kulinariya mədəniyyətinin öyrədilməsinin diqqət mərkəzində saxlanıldığından xəbər verir.

Turizm məhsullarının təbliği və turistlərin məlumatlılığının artırılması diqqət mərkəzində saxlanılır

Müasir dövrümüzdə bir çox sosial-iqtisadi sahədə mühüm nailiyyətlər əldə etmək üçün məhsulun istehsal olunması ilə yanaşı, onun nümayişi də böyük rol oynayır. Muxtar respublikamızda da turizm məhsullarının təbliği və turistlərin məlumatlılığının artırılması diqqət mərkəzində saxlanılır. Dövlət Proqramının icrası məqsədilə “Naxçıvan Muxtar Respublikasının 2020-ci il üçün turizm təqvimi” hazırlanıb və Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsində yerləşdirilib. 2020-ci ildə Sahil Parkı Naxçıvan şəhərinin turist xəritəsinə daxil edilib, park üçün buklet nəşr olunub, “Naxçıvan Muxtar Respublikasının bələdçi kitabı”nın hazırlanması davam etdirilib. Eyni zamanda, turizm marşrutlarının bukletləri, Naxçıvan Muxtar Respublikasının və Naxçıvan şəhərinin turist xəritələri, Naxçıvan Muxtar Respublikasının dini turizm xəritəsi rus dilinə tərcümə olunub.

Ötən il fevralın 15-də İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Azərbaycanın İrandakı səfirliyi ilə “Aysan Pərvaz” şirkətinin təşkil etdiyi İran və Azərbaycan üzrə ikinci ixtisaslaşmış turizm simpoziumunda Naxçıvan Muxtar Respublikası təmsil olunub. Muxtar respublikanın turizm potensialı haqqında simpozium iştirakçılarına geniş məlumat verilib, yerli istehsal məhsullarından ibarət hədiyyə paketləri və reklam-informasiya materialları simpoziumda iştirak edən rəsmi nümayəndələrə təqdim edilib. Həmçinin simpoziumda ölkəmizin, eləcə də Naxçıvan Muxtar Respublikasının turizm potensialı əks olunan videoçarxlar nümayiş etdirilib.

Turizm sektoru üçün müasir dövrün tələbi informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə yolu ilə mövcud potensialın ətraflı nümayiş olunmasıdır. Reklam-informasiya materiallarının əhatəliliyi və çeşidliliyi turizm sahəsində təbliğat işini faydalı edən mühüm faktorlardır. Dövlət Proqramının icrasına uyğun olaraq 2020-ci ildə Naxçıvan Turizm İnformasiya Mərkəzinin sosial şəbəkə hesablarına 600-dən çox məlumat daxil edilib, 362 mindən çox baxış sayı qeydə alınıb. Həmçinin mərkəzin “YouTube” kanalına turizmlə bağlı 7 videoçarx yerləşdirilib. Mərkəzə müraciət edən 28 nəfərin reklam-informasiya materialları ilə tanışlığı təmin edilib, onlara Naxçıvan şəhərinin turist xəritəsi təqdim olunub. Mərkəzin elektron poçt ünvanına daxil olan 52, “Facebook” sosial şəbəkəsinə daxil olan 33, “Instagram” sosial şəbəkəsinə daxil olan 56 müraciət aidiyyəti üzrə cavablandırılıb. Mərkəz tərəfindən Azərbaycanda və 20-dən çox xarici ölkədə fəaliyyət göstərən 200-dən çox mehmanxana və turoperatorun elektron poçt ünvanlarına, bölgələrdə fəaliyyət göstərən 12 turizm informasiya mərkəzinə, ümumilikdə, 5 minə yaxın məlumat göndərilib. Göndərilən məlumatlar içərisində Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində müasir infrastrukturun formalaşdırılması, Xizək kompleksinin yaradılması barədə informasiyanın öz əksini tapması xüsusi diqqətdə saxlanılıb, eyni zamanda Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsində, sosial şəbəkə hesablarında bölgənin təbliği istiqamətində tədbirlər davam etdirilib.

Əvəzolunmaz turizm məkanı - Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi

Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi Naxçıvan Muxtar Respublikasında kənd turizminin simvoluna çevrilən və bənzərsiz bir ərazidə yerləşən mühüm turizm obyektidir. 2020-ci ildə bölgədə yerləşən 8 hektar ərazidə tinglə, 120 hektar ərazidə isə toxumla yaşıllaşdırma işləri aparılıb. Muxtar respublikada kənd turizminin inkişafına nail olmaq məqsədilə digər bölgələrdə də araşdırma işləri davam etdirilib, bu sahə üçün əlverişli əhəmiyyətə malik 26 yararlı kənd evi müəyyən olunub.

Fevral ayında Ağbulaq İstirahət Mərkəzində ali və orta ixtisas təhsili müəssisələrinin 120 tələbəsinin iştirakı ilə “Qış məktəbi” təşkil olunub. Proqramın icrası məqsədilə digər istiqamətlərdə də ekskursiyalar davam etdirilib. 2020-ci ildə muxtar respublika idmançılarının iştirakı ilə Naxçıvan şəhərindəki muzeylərə, Nəbatat bağına, Qarabağlar Türbə Kompleksinə ekskursiyalar təşkil edilib. Ali təhsil müəssisələrində təhsil alan 20 əcnəbi tələbə üçün “Welcome to Nakhchivan” və “Naxçıvanı tanıyaq” devizləri ilə Şərur rayonunda yerləşən muzeylərə və “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə, piyada marşrutlarının proqramına əsasən “Turizm könüllüsü” layihəsinin iştirakçıları üçün martın 6-da Naxçıvan, dekabrın 8-də Ordubad şəhərlərinə ekskursiyalar təşkil edilib. Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının turizm potensialının təbliği də diqqətdə saxlanılıb. Belə ki, Dövlət Proqramının icrası istiqamətində ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin iştirakı ilə Milli Parkda, ümumilikdə, 4 ekskursiya keçirilib.

Nəqliyyat sektorunda müasir dövrün tələblərinə uyğun təqdim edilən yeni xidmətlər turizmin canlanmasına yol açır

Nəqliyyat və turizm sektorları bir-birinin inkişafını şərtləndirən mühüm sahələrdir. Çünki nəqliyyat sektorunda müasir dövrün tələblərinə uyğun təqdim edilən yeni xidmətlər turizmin canlanmasına, turizmin genişlənməsi isə nəqliyyat sahəsinin inkişafına gətirib çıxarır. Dövlət Proqramında turistlərə xidmət göstərən nəqliyyat vasitələrinin təklif etdiyi xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tapşırıq nəzərdə tutulub. Bu istiqamətdə 2020-ci il elektron taksi xidmətinin fəaliyyətə başlaması ilə əlamətdar olub. Mobil operatorlardan 288 qısa nömrəsinə zəng etməklə sifariş olunan və vahid mərkəzdən idarə edilən xidmətin üstünlüyü sifarişçiyə ən yaxın məsafədən mənzilbaşına çatmağa zəmanət verməsidir. Yeni fəaliyyətə başlayan xidmət muxtar respublikamıza səfər etmək istəyən turistlər üçün rahatlıq və əminlik vəd etməkdədir. Onu da qeyd etmək lazımdır ki, Dövlət Proqramının icrası məqsədilə turistlərə xidmət göstərən nəqliyyat vasitələrində xidmətin keyfiyyətinin yüksəldilməsi üçün hazırlanmış tədbirlər planına əsasən sərnişindaşıma fəaliyyəti göstərən taksi və avtobus sürücülərinin muzey günlərinin qrafiki tərtib olunub, oktyabr ayından başlayaraq sürücülərin muzeylərə ekskursiyaları təşkil edilib. Həmçinin sürücülərə muxtar respublikanın turizm potensialını əks etdirən reklam-informasiya materialları paylanıb, xidmət mədəniyyətinin yüksəldilməsi ilə əlaqədar maarifləndirici söhbətlər aparılıb.

Mütəxəssis hazırlığı ön plandadır

Turizmin inkişafına təsir edən mühüm faktorlardan biri də bu sahədə mütəxəssis hazırlığının mövcud standartlara uyğun həyata keçirilməsidir. Bu sektorun sosial əhəmiyyəti məşğulluğun təmin olunmasında əsaslı rol oynamasıdır. Turizm sahəsində məşğulluğu təmin edilən şəxslərin ixtisas hazırlığı bu istiqamətdə inkişafa təsir göstərən başlıca amillərdəndir. Dövlət Proqramının icrası istiqamətində 2020-ci ildə Turizm agenti ixtisası üzrə peşə kursunu Naxçıvan Şəhər Peşə Liseyində 9, Ordubad Texniki Peşə və Sürücülük Məktəbində 21 olmaqla, ümumilikdə, 30 müdavim müvəffəqiyyətlə başa vuraraq təhsil sənədi alıb. 14 yanvar 2020-ci il tarixdən 21 fevral 2020-ci il tarixədək ictimai iaşə obyektlərində və hotellərdə personalın peşəkarlıq səviyyəsinin artırılması məqsədilə həyata keçirilən “Peşəkar ofisiant” layihəsi çərçivəsində iştirakçılarla, ümumilikdə,12 təlim və praktik məşğələ təşkil edilib. Layihə iştirakçıları üçün sertifikasiya imtahanı keçirilib, ən yüksək nəticə göstərən iştirakçılara Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin müvafiq sertifikatı təqdim olunub.

Bundan başqa, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 avqust tarixli Qərarı ilə təsdiq edilmiş “Koronavirus pandemiyası dövründə Naxçıvan Muxtar Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın tətbiqi mövzusunda onlayn seminar, eləcə də “Naxçıvan Muxtar Respublikasında daxili turizmin inkişaf perspektivləri” mövzusunda onlayn konfrans keçirilib. Bu tədbirlərdə muxtar respublikada fəaliyyət göstərən mehmanxana və mehmanxanatipli obyektlərin və digər turizm sektoru nümayəndələrinin, eləcə də turizm könüllülərinin iştirakı təmin olunub. Turizm Departamentində yaradılan komissiya tərəfindən oktyabr ayında mehmanxanalarda monitorinqlər keçirilib, işçi heyətə nəzəri-təcrübi tövsiyələr verilib, məlumatlandırıcı və xəbərdaredici plakat nümunələri təqdim edilib.

Dövlət Proqramının icrasına uyğun olaraq həyata keçirilən tədbirlər bu sahədə uğurların qazanılmasına səbəb olub. Bu uğurlar deməyə əsas verir ki, qarşıdakı iki ildə muxtar respublikada turizmin inkişafı keyfiyyətcə yeni mərhələyə daxil olacaq.

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası olacaq

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq

Alimlər başqa planetlərdən götürülən nümunələrdə Yerdəki həyat əlamətlərini aşkar edəcəklər

Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar

Güclü iqtisadiyyat və həmrəy cəmiyyətin vəhdəti ŞƏRH

Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova

Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH

Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

® “AccessBank”ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib

Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən namizədlər üçün icbari təlimə başlanılıb

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar

Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur

Müəllimin əsas missiyası tələbəni düşünməyə və araşdırmağa sövq etməkdir - Ramazan Məmmədov

Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər

Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək

AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib

Mütəxəssis: Dağ-mədən sənayesinin inkişafı digər sahələrdə əlavə dəyərin formalaşmasına şərait yarada bilər

Həbibə Məmmədova: Müəllimin ən böyük uğuru düşünən və araşdıran insan yetişdirməsidir

Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır

Özbəkistan səfiri Azərbaycan qadınlarının ictimai-siyasi fəallığını yüksək qiymətləndirib

Ekspert: Rəqəmsallaşma Orta Dəhlizin tranzit müddətinin qısaldılmasına imkan verəcək

“İslam mədəniyyəti atlası” şərqşünas-alimin tərcüməsində

Çin təhsili və akademik mühitindən bəhs edən kitabın təqdimatı olub

“Fənərbağça”nın ulduzu Superliqa oyununu buraxa bilər: Qərar azərbaycanlı hakimin hesabatından asılı olacaq

Müəllim uşağın içindəki işığı üzə çıxarmalıdır – gənc alimin düşüncələri

Yəməndə husilərə qarşı döyüşlərdə 100 qırıcı təyyarədən istifadə edilib, 324 hədəf vurulub

DSMF-nin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

Belçika polisi narkotik şəbəkəsinə qarşı əməliyyat keçirib, 21 nəfər saxlanılıb

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

“Flydubai” təyyarəsini qaçırmağa cəhddə şübhəli bilinən pilot Böyük Britaniya universitetində yoxlamadan keçməyib

Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır

Şagirdin inkişafına mane olan bəzən onun bacarıqsızlığı deyil, özünəinamsızlığıdır - müəllim

Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq

Azərbaycan İslam həmrəyliyinin aparıcı qüvvəsidir ŞƏRH

İngiltərədə miqrantların sahilə çıxarılması zamanı etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub

İdeoloji risklər sərhəd tanımır - ŞƏRH

Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur

Müəllimlik illər keçdikcə zənginləşən bir məktəbdir - Leyla İmranova

Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib

Əlcəzairdə Afrika və Aralıq dənizi hövzəsi üzrə 14-cü Enerji və Hidrogen sərgi-konfransı keçirilir

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Sabah yağış yağacaq VİDEO

Sabah yağış yağacaq VİDEO

Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır

® “Azercell“ yeni “Oyun Portalı”nı istifadəyə verir: “Azercell“ ilə oyna, yarış, qazan!

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr

Jalə Əliyeva: Qadınların parlamentdə təmsilçiliyi son 20 ildə 11 faizdən 21 faizə yüksəlib

“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib

Şagirdlərdə fənnə maraq yarada bildiyim an mənim üçün ən xoşbəxt andır - müəllim

Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir

Türkiyənin ASELSAN şirkəti HHM hibrid sistemlərinin tədarükünə dair böyük kontrakt imzalayıb

PİSA-nın yaradıcısı: Süni intellekt hazır cavab vasitəsi yox, koqnitiv alət olmalıdır

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib

Azərbaycan millisinin fransalı məşqçisi: Hidayət Heydərov xüsusi xarakterə malik cüdoçudur

® “Kapital Bank” nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

Professor: Müəllimlik və alimlik şəxsiyyətin yetişməsində qoşa qanad rolunu oynayır

Dövlət Xidməti: Laborator və digər diaqnostik müayinələrin nəticələrinin avtomatik təhlil olunması nəzərdə tutulur

Nazir: Aqrar istehsalın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq hədəfimizdir

Hesabat: Yaxın Şərqdən neft ixracı sentyabrın son həftəsində İran müharibəsindən əvvəlki səviyyəni üstələyib

Avro son 17 ayın ən aşağı səviyyəsinə enib

İvan Muşket: Parlamentarizm Azərbaycan tarixinin müxtəlif mərhələlərində cəmiyyətin və dövlətin inkişafına təsir göstərib

Məcnun Məmmədov: Əsas hədəfimiz daha məhsuldar kənd təsərrüfatı sistemi formalaşdırmaqdır

Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb

Müəllim: Hər məktəbdə yanan işıq Azərbaycanın gələcəyidir

Dövlət Xidməti: 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar prokurorluq orqanlarına göndərilib

Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

Bu gün Azərbaycanın əsas vəzifələrindən biri əldə edilmiş tarixi nəticələri davamlı inkişafla möhkəmləndirməkdir

“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb

Müəllim: Şagirdlərimin illər sonra məni xatırlaması ən böyük qazancımdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 5 oktyabr

Azərbaycan şirkətləri “INNOPROM. Belarus” sərgisində təmsil olunub

Fərdi yanaşma, müstəqil düşüncə və düzgün qiymətləndirmə - elmə gedən yol

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Ortakənd” qızıl yatağında 2029-cu ildə istehsala başlanması planlaşdırılır

Akademik Arif Həşimov haqqında biblioqrafik göstərici nəşr olunub

Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir

AMEA-nın müxbir üzvü: Alim müəllim yetişdirir, müəllim isə gələcəyin alimini

Nazir: Ağdamın kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar formalaşır

Azərbaycan Türkiyədəki Beynəlxalq Astronavtika Konqresində geniş təmsil olunur

Ramin Rzayev: Azərbaycan qadınları tarix boyu cəmiyyətimizin inkişafında mühüm rol oynayıb

Gülnar Rzayeva: Gələcəyin alimini yalnız yüksək nəticə göstərən tələbələr arasında axtarmaq doğru deyil

AQTA sədri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək

Beynəlxalq Müəllimlər Günü münasibətilə akademik Cəlal Əliyevin məzarı ziyarət edilib