Naxçıvanda Novruz bayramı ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib VİDEO











Naxçıvan, 22 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Novruz bayramı ilə əlaqədar muxtar respublika ərazisində təhlükəsizlik tədbirləri diqqət mərkəzində saxlanılır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, polis əməkdaşları avtomobil yollarında və insanların sıx toplaşdığı məkanlarda təhlükəsizliyinin təmin olunması üçün xidmətlərini gücləndirilmiş rejimdə davam etdirirlər.
Hər kəsə qaydalara və ictimai asayişi qoruyan polis əməkdaşlarının qanuni tələblərinə əməl etmək tövsiyə olunur.