Neftlə çirklənmiş 40 hektardan çox mədən ərazisi reabilitasiya olunub
Bakı, 21 avqust (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) neft-qaz sənayesi sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması, xüsusilə də neftlə çirklənmiş torpaqların təmizlənməsi və reabilitasiya olunmuş ərazilərin yaşıllaşdırılması işini uğurla davam etdirir.
QSC-dən AZƏRTAC-a bildiriblər ki, müəssisə tərəfindən “BibiHeybətneft” neft və qazçıxarma idarəsinin neftlə çirklənmiş 40 hektardan çox mədən ərazisi reabilitasiya olunub. Həmin ərazilərə 50 minədək mühitə davamlı müxtəlif növ ağac və bəzək kolları əkilib. Hazırda QSC-nin torpaqların rekultivasiyası departamentinin kollektivi yaşıllıq sahələrinə aqrotexniki xidmətlər göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]