Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nəsimi Musayev: Bakı ilə yanaşı, bölgələrdə də badmintonun inkişafı prioritet məsələlərdəndir

Bakı, 17 iyul, AZƏRTAC

Son illər mötəbər beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Azərbaycanın dünya idman aləmində özünə layiqli yer tutmasında ölkəmizdə idmanın sürətli inkişafı, atletlərimizin beynəlxalq arenalarda qazandıqları parlaq qələbələr də mühüm yer tutur. Son dövrdə ölkəmizdə sürətlə inkişaf edən idman növlərindən biri də badmintondur.

Azərbaycan Badminton Federasiyasının baş katibi Nəsimi Musayev son illər ölkəmizdə idmanın bu növünün inkişafı istiqamətində görülən işlər və əldə olunan nailiyyətlərlə bağlı AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Nəsimi müəllim, Azərbaycan Badminton Federasiyası ötən əsrin 60-cı illərində yaradılsa da, idmanın bu növü üzrə inkişaf son bir neçə ildə müşahidə olunmağa başlayıb. Ümumiyyətlə, Azərbaycanda badmintonun hazırkı durumu, ölkəmizdə idmanın bu növünün kütləviliyinin artırılması istiqamətində atılan addımlar barədə məlumat verməyinizi istərdik.

- Hazırda ölkəmizdə badmintonun inkişafı üçün mühüm tədbirlər görülür. Müntəzəm olaraq, ölkədaxili birinciliklər, müxtəlif turnirlər keçirilir. Badmintonda kütləviliyə nail olmaq üçün bir sıra addımlar atılır. Badmintonla məşğul olan uşaqlarımız mütəmadi olaraq müxtəlif ölkələrdə keçirilən beynəlxalq turnirlərdə iştirak edirlər. Artıq cari ildə aşağı yaş qrupu üzrə badmintonçularımız Ukraynada, Gürcüstanda keçirilən turnirlərdə çıxış ediblər. Gələcəkdə yeniyetmə və gənc badmintonçularımızın beynəlxalq yarış təcrübəsinin artırılması məqsədilə Türkiyədə, İranda və Rusiyada keçiriləcək yarışlarda iştirakı planlaşdırılır. Azərbaycan Badminton Federasiyası olaraq, qonşu ölkələrin badminton qurumları ilə sıx əməkdaşlıq edirik.

Uşaq badmintonunun inkişafı ilə yanaşı, məşqçilərimizin bu sahədə təkmilləşməsi prosesi də diqqət mərkəzindədir. Fikrimizcə, uğura nail olmaq üçün bu iki sahədə işlər paralel görülməlidir. Bu məqsədlə iyunda milli komandanın üzvləri sayılan, hazırda yenicə məşqçiliyə başlayan Kənan Rzayev və Teymur Abbasov Ukraynanın paytaxtı Kiyevdə Beynəlxalq Badminton Federasiyası ilə Avropa Badminton Konfederasiyasının birgə təşkil etdiyi məşqçilik kurslarına qatılıblar. Gənc məşqçilərimizin bu sahədə biliklərinin artırılması məqsədilə onların növbəti aylarda badmintonun inkişaf etdiyi ölkələrə uzunmüddətli təlimlərə göndərilməsi planlaşdırılır. Söhbət badminton ənənələri güclü olan İndoneziya, Malayziya kimi ölkələrdən gedir. Bundan əlavə, hakimlərimizin də beynəlxalq təcrübəsinin artması məqsədilə yarışlara və kurslara göndərilməsi istiqamətində işlər aparılır. Bu yaxınlarda gənc hakimlərimiz Fidan və Gülcənnət Hüseynli Litvanın Kaunas şəhərində təşkil olunan kurslarda iştirak ediblər.

Aprel ayında təhsil müəssisələri arasında badminton üzrə ilk dəfə keçirilən çempionata yekun vuruldu. Çempionatda həm yerli, həm də xarici tələbələr qüvvələrini sınadılar. Fikrimizcə, bu da kütləviliyə nail olmaq üçün effektiv yollardan biridir. Növbəti belə turniri daha geniş miqyasda keçirməyi düşünürük. Budəfəki yarışa müxtəlif özəl şirkətlərin komandalarını da cəlb etmək istəyirik.

- İdmançılarımızın Beynəlxalq Badminton Federasiyasının siyahısında yer alan nüfuzlu turnirlərdə mütəmadi çıxışları barədə nə deyə bilərsiniz?

- İdmançılarımız Beynəlxalq Badminton Federasiyasının təqvim planında yer alan turnirlərdə mütəmadi iştirak edirlər. Cari ilin fevralında uzun fasilədən sonra ilk dəfə Rusiyanın Kazan şəhərində təşkil edilən kişi və qadın komandaları arasında Avropa çempionatında iştirak etdik. Ardınca badmintonçumuz Orxan Qələndərov İspaniyanın Huelva şəhərində keçirilən kişilərin şəxsi Avropa çempionatında qüvvəsini sınadı. Bundan əlavə, ötən ay keçirilən “YONEX Latvia International 2018” və “YONEX Lithuanian International 2018” turnirlərində də geniş heyətlə təmsil olunduq. Badmintonçularımız ötən 5 ay ərzində Çexiya, Portuqaliya, Sloveniya, Xorvatiya, Malayziya və İndoneziyada keçirilən müxtəlif seriyalı turnirlərdə də çıxış ediblər.

- Qarşıdan “Tokio-2020” XXXII Yay Olimpiya Oyunları gəlir. Federasiya bu istiqamətdə hansı tədbirləri həyata keçirir? İdmançılarımızın Olimpiadaya lisenziya uğrunda yarışlarda iştirakı barədə nə deyə bilərsiniz? Məsələn, Azərbaycan təmsilçisi Edi Reski Dviçayonun reytinq siyahısında sürətlə yüksəlməsi və qarşıya qoyulan məqsədə uğurla irəliləməsi bu baxımdan böyük ümid vəd edir? Digər idmançılarımızın imkanlarını necə qiymətləndirirsiniz?

- Edi Reski Dviçayonun beynəlxalq turnirlərdə uğurlu çıxışı bizi sevindirməyə bilməz. İnanırıq ki, bu tempdə davam edərsə, tezliklə beynəlxalq turnirlərdə mükafatçılar sırasında yer almağı bacaracaq. Hər halda bəzi beynəlxalq yarışlarda reytinq favoritlərinə qalib gəlməsi və artıq turnirlərə seçmə yox, əsas mərhələdən qatılması Edinin oyun planında nə qədər inkişaf etməsinin göstəricisidir. Üstəlik, nəzərə almaq lazımdır ki, Dviçayonun hazırda cəmi 20 yaşı var. Bu isə, o deməkdir ki, Edi ən azı qarşıdakı üç Olimpiadada iştirak edə bilər. Badmintonda Olimpiadaya lisenziya qazanmaq idmanın digər növləri ilə müqayisədə daha çətin olsa da, Dviçayonun reytinqdə sürətlə irəliləməsi bu barədə bizi ümidləndirir.

Hazırda reytinqdə 218-ci pillədə qərarlaşıb. Təsəvvür edin, 5 ay öncə Dviçayo reytinqdə 1860-cı sırada idi. Lakin intensiv olaraq təlim-məşqlərə göndərilməsi və martdan başlayaraq ardıcıl müxtəlif seriyalı turnirlərə qatılması badmintonçumuzun reytinqdə nəzərəçarpan sıçrayışına səbəb olub.

Ümumiyyətlə, badmintonda 38 idmançı Olimpiya Oyunlarında iştirak edə bilər. Yalnız ilk beşlikdə qərarlaşan badmintonçular eyni ölkəni təmsil edirlərsə, bir ölkədən iki idmançının iştirakına icazə verilir. Otuz dörd idmançı reytinq xalları hesabına bu şərəfə layiq görülürsə, digər 4 vəsiqə adətən Afrika ölkələrinə verilir. Digər idmançılarımızdan Ezmi Qovimuramadhoni, Səbuhi Hüseynov, Cahid Əlhəsənov, Murad Bayramov və Zaur İsazadəni fərqləndirmək olar.

- Gələn il Minskdə keçiriləcək II Avropa Oyunlarının proqramına badminton da daxil edilib. Bu yarışda Ezmi Qovimuramadhoninin iştirak etmək şansları yüksəkdir. II Avropa Oyunlarında Azərbaycan badmintonçularının iştirakı üçün hansı tədbirlər görülür?

- Dviçayo kimi, Ezmi Qovimumaradhoniyə də ümidlərimiz böyükdür. Hələ ki, Minskdə keçiriləcək ikinci Avropa Oyunlarında neçə idmançı ilə və hansı kateqoriyalarda təmsil olunacağımız dəqiq deyil. Buna baxmayaraq, qeyd etdiyiniz kimi, Ezmi Qovimumaradhoninin bu yarışda iştirak etmək şansı yüksəkdir. Böyük ehtimalla ölkəmizdə keçirilən ilk Avropa Oyunlarında olduğu kimi, II Avropa Oyunlarında da badminton idman növündə təmsil olunacağıq. Nəzərə alsaq ki, badmintonda ən güclü ölkələrdən sayılan Çin, İndoneziya, Malayziya milli komandaları II Avropa Oyunlarında iştirak etməyəcək, o zaman yüksək yerlər uğrunda mübarizə aparmaq olar.

- Yaxın gələcəkdə ölkəmizdə badminton üzrə hansısa beynəlxalq turnirin keçirilməsi nəzərdə tutulurmu?

- Bəli, 2019-cu ilin mayında Beynəlxalq Badminton Federasiyasının təqvim planında yer alan və Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan turnir keçirməyi planlaşdırırıq. Artıq bu istiqamətdə işlər görülür.

- Azərbaycanın bölgələrində badmintonun inkişafı, kütləviliyinin artırılması istiqamətində hansı tədbirlər görülür?

- Təbii ki, paytaxt Bakı ilə yanaşı, bölgələrdə də badmintonun inkişafı bizim üçün prioritet məsələlərdən sayılır. Bu məqsədlə bölgələrdə yarışlar keçirilir. Regionlardakı məşqçilərə dəstək məqsədilə raketka və volan paylanılır. Elə müsahibənin əvvəlində qeyd etdiyim kimi, aşağı yaşlı badmintonçularımızın beynəlxalq turnirlərdə iştirakı zamanı bölgələri təmsil edən uşaqlara da yer verilir.

Bundan əlavə, planımızda bölgələrdəki məşqçilərin təcrübəsini artırmaq üçün əcnəbi mütəxəssisin iştirakı ilə davamlı seminarlar təşkil etmək də var. Həmyaşıdları arasında fərqlənən uşaqlara Bakıda və Gəncədə yerləşən xüsusi idman məktəblərində intensiv qaydada badmintonla məşğul olmaq üçün hər cür şəraiti yaratmağı düşünürük.

- Nəsimi müəllim, maraqlı müsahibəyə görə təşəkkür edirik.

- Sağ olun. Minnətdaram.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə üzərindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir

Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb

Firəngiz Xəlilova: Musiqi müəlliminin əsas vəzifəsi tələbədə sənətə həqiqi sevgi yaratmaqdır

Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası olacaq

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq

Alimlər başqa planetlərdən götürülən nümunələrdə Yerdəki həyat əlamətlərini aşkar edəcəklər

Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar

Güclü iqtisadiyyat və həmrəy cəmiyyətin vəhdəti ŞƏRH

Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova

Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH

Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

® “AccessBank”ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib

Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən namizədlər üçün icbari təlimə başlanılıb

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar

Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur

Müəllimin əsas missiyası tələbəni düşünməyə və araşdırmağa sövq etməkdir - Ramazan Məmmədov

Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər

Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək

AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib

Mütəxəssis: Dağ-mədən sənayesinin inkişafı digər sahələrdə əlavə dəyərin formalaşmasına şərait yarada bilər

Həbibə Məmmədova: Müəllimin ən böyük uğuru düşünən və araşdıran insan yetişdirməsidir

Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır

Özbəkistan səfiri Azərbaycan qadınlarının ictimai-siyasi fəallığını yüksək qiymətləndirib

Ekspert: Rəqəmsallaşma Orta Dəhlizin tranzit müddətinin qısaldılmasına imkan verəcək

“İslam mədəniyyəti atlası” şərqşünas-alimin tərcüməsində

Çin təhsili və akademik mühitindən bəhs edən kitabın təqdimatı olub

“Fənərbağça”nın ulduzu Superliqa oyununu buraxa bilər: Qərar azərbaycanlı hakimin hesabatından asılı olacaq

Müəllim uşağın içindəki işığı üzə çıxarmalıdır – gənc alimin düşüncələri

Yəməndə husilərə qarşı döyüşlərdə 100 qırıcı təyyarədən istifadə edilib, 324 hədəf vurulub

DSMF-nin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

Belçika polisi narkotik şəbəkəsinə qarşı əməliyyat keçirib, 21 nəfər saxlanılıb

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

“Flydubai” təyyarəsini qaçırmağa cəhddə şübhəli bilinən pilot Böyük Britaniya universitetində yoxlamadan keçməyib

Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır

Şagirdin inkişafına mane olan bəzən onun bacarıqsızlığı deyil, özünəinamsızlığıdır - müəllim

Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq

Azərbaycan İslam həmrəyliyinin aparıcı qüvvəsidir ŞƏRH

İngiltərədə miqrantların sahilə çıxarılması zamanı etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub

İdeoloji risklər sərhəd tanımır - ŞƏRH

Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur

Müəllimlik illər keçdikcə zənginləşən bir məktəbdir - Leyla İmranova

Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib

Əlcəzairdə Afrika və Aralıq dənizi hövzəsi üzrə 14-cü Enerji və Hidrogen sərgi-konfransı keçirilir

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Sabah yağış yağacaq VİDEO

Sabah yağış yağacaq VİDEO

Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır

® “Azercell“ yeni “Oyun Portalı”nı istifadəyə verir: “Azercell“ ilə oyna, yarış, qazan!

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr

Jalə Əliyeva: Qadınların parlamentdə təmsilçiliyi son 20 ildə 11 faizdən 21 faizə yüksəlib

“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib

Şagirdlərdə fənnə maraq yarada bildiyim an mənim üçün ən xoşbəxt andır - müəllim

Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir

Türkiyənin ASELSAN şirkəti HHM hibrid sistemlərinin tədarükünə dair böyük kontrakt imzalayıb

PİSA-nın yaradıcısı: Süni intellekt hazır cavab vasitəsi yox, koqnitiv alət olmalıdır

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib

Azərbaycan millisinin fransalı məşqçisi: Hidayət Heydərov xüsusi xarakterə malik cüdoçudur

® “Kapital Bank” nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

Professor: Müəllimlik və alimlik şəxsiyyətin yetişməsində qoşa qanad rolunu oynayır

Dövlət Xidməti: Laborator və digər diaqnostik müayinələrin nəticələrinin avtomatik təhlil olunması nəzərdə tutulur

Nazir: Aqrar istehsalın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq hədəfimizdir

Hesabat: Yaxın Şərqdən neft ixracı sentyabrın son həftəsində İran müharibəsindən əvvəlki səviyyəni üstələyib

Avro son 17 ayın ən aşağı səviyyəsinə enib

İvan Muşket: Parlamentarizm Azərbaycan tarixinin müxtəlif mərhələlərində cəmiyyətin və dövlətin inkişafına təsir göstərib

Məcnun Məmmədov: Əsas hədəfimiz daha məhsuldar kənd təsərrüfatı sistemi formalaşdırmaqdır

Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb

Müəllim: Hər məktəbdə yanan işıq Azərbaycanın gələcəyidir

Dövlət Xidməti: 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar prokurorluq orqanlarına göndərilib

Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

Bu gün Azərbaycanın əsas vəzifələrindən biri əldə edilmiş tarixi nəticələri davamlı inkişafla möhkəmləndirməkdir

“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb

Müəllim: Şagirdlərimin illər sonra məni xatırlaması ən böyük qazancımdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 5 oktyabr

Azərbaycan şirkətləri “INNOPROM. Belarus” sərgisində təmsil olunub

Fərdi yanaşma, müstəqil düşüncə və düzgün qiymətləndirmə - elmə gedən yol

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Ortakənd” qızıl yatağında 2029-cu ildə istehsala başlanması planlaşdırılır

Akademik Arif Həşimov haqqında biblioqrafik göstərici nəşr olunub

Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir