Novruz çərşənbələri bu tarixlərdə qeyd olunacaq
Şamaxı, 5 fevral, Adil Ağayev, AZƏRTAC
Azərbaycanda bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər açıqlanıb.
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu il ilk - Su çərşənbəsi fevralın 23-nə təsadüf edəcək.
X.Mikayılovun sözlərinə görə, martın 2-də Od, martın 9-da Yel (Hava) çərşənbəsi olacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd ediləcək.
Bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-si Bakı vaxtı ilə təxminən saat 13:37:00 radələrində baş verəcək.
Martın 19-u ölkəmizdə bayram axşamı, 20-i isə bayram günü kimi qeyd ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [14:27]
Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində
- 05.10.2026 [14:18]
Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur
- 05.10.2026 [13:52]
DSMF-nin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək
- 05.10.2026 [12:56]
Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur
- 05.10.2026 [12:38]