Nyu-Yorkda yeni diaspor təşkilatı yaradılıb
Bakı, 12 iyul, AZƏRTAC
ABŞ-ın Nyu-York şəhərində Azərbaycan-Amerika Gənclər Federasiyası (Azerbaijani-American Youth Federation) təşkilatı təsis edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Kolumbiya Universitetində beynəlxalq təhsil və qlobal idarəçilik ixtisası üzrə təhsil alan həmyerlimiz Günay Məmmədovanın təşəbbüsü ilə yaradılan təşkilat ABŞ-ın Şərq sahili ştatlarında yaşayan gəncləri, tələbələri, məzunları və gənc peşəkarları bir araya gətirəcək.
Günay Məmmədovanın sözlərinə görə, artıq yeni təşkilat ABŞ-da rəsmi qeydiyyatdan keçib.
Başlıca məqsəd gənclərin səmərəli fəaliyyət göstərməsinə nail olmaq, onların akademik, peşəkar və şəxsi inkişafına töhfə vermək, Azərbaycan mədəniyyəti və dəyərlərini, eləcə də ölkəmizin həqiqətlərini yerli ictimaiyyətə çatdırmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [20:14]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 28.09.2026 [19:24]
Qida ilə təmasda olan mütəxəssislərə qanunvericiliyin tələbləri izah edilib
- 28.09.2026 [18:30]
Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb
- 28.09.2026 [18:27]