OKTYABR AYINDA RESPUBLİKADA 264 YOL-NƏQLİYYAT HADİSƏSİ BAŞ VERMİŞDİR
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin oktyabrında respublika ərazisində 264 yol-nəqliyyat hadisəsi baş vermişdir. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 287 hadisə azdır.
Qəzalar nəticəsində 56 nəfər həlak olmuş, 334 adam isə müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Hadisələrdən 127-si Bakıda qeydə alınmışdır. Xatırladaq ki, keçən il yol-nəqliyyat hadisələri zamanı 94 nəfər ölmüş, 351 nəfər isə yaralanmışdı.